www.DOGRU.tv - Onlayn Televiziya » Dünya » Islamçılar insanları məsciddə güllələdilər

Islamçılar insanları məsciddə güllələdilər

Bölmə: Dünya
Islamçılar insanları məsciddə güllələdilər
Şahidlərin sözlərinə görə, insanlar məscidə ibadət üçün toplaşanda döyüşçülər kəndlərin birindən hücum edib

Dünya Nigeriyada islamçı qruplaşma olan “Boko Haram” döyüşçüləri insanları məsciddə ibadət edən insanları güllə atəşinə tutub. ANS PRESS-in məlumatına görə, azı 17 nəfər məscidə edilən hücum zamanı islamçı qiyamçıları tərəfindən həlak olub.

Şahidlərin sözlərinə görə, insanlar məscidə ibadət üçün toplaşanda döyüşçülər kəndlərin birindən hücum edib. Son zamanlar məscidlər radikal islmaçıların mütəmadi hücum hədəfinə çevrilib. Çünki əksər ruhanilər ekstremizmin əleyhinə çıxış edir.

Nigeriyada hakimiyyəti devirməyə çalışan və islam dövləi qurmaq istəyən “Boko Haram” islamçı qruplaşması ilin əvvəlindən 1200-dən insanı qurban verib.