www.DOGRU.tv - Onlayn Televiziya » Dünya » Itkin düşmüş Malayziya Hava Yollarına məxsus sərnişin 12 günlük axtarışdan sonra nəhayət ki, tapılıb.

Itkin düşmüş Malayziya Hava Yollarına məxsus sərnişin 12 günlük axtarışdan sonra nəhayət ki, tapılıb.

Bölmə: Dünya
 Itkin düşmüş Malayziya Hava Yollarına məxsus sərnişin 12 günlük axtarışdan sonra nəhayət ki, tapılıb.
İtmiş Malayziya təyyarəsi tapıldı: Onun ərəb şahzadəsi tərəfindən qaçırıldığı bildirilir

Musavat.com-un urdujamaria.wordpress.com saytına istinadən verdiyi məlumata görə, həmin Boinq 777-i markalı təyyarə Səudiyyə Ərəbistanında polis tərəfindən tapılıb.

İtkin düşmüş təyyarə Jeddah şahzadəsi Sahram Əl Sandshoonun nəhəng ərazisi olan bağında aşkar edilib. O, yerli hüquq-mühafizə orqanlarının agentlikləri tərəfindən həbs edilib.

Maraqlıdır ki, şahzadə Əl Sandshoo itmiş Boinq 777-nin Qara Qutusunun satılması üçün electron élan yayarkən şübhələrin hədəfinə çevrilib. Səudiyyə Ərəbistanının hakimiyyət orqanları polisə onun 43 il ərzində şahzadəsi olduğu Jeddah şəhərinin ətrafındakı böyük torpaq mülkiyyətinə axtarış məqsədilə daxil olmaq üçün order verib. Və həmin axtarışların nəticəsi olaraq da şahzadənin mülkündən itkin düşmüş təyyarə aşkarlanıb.

Bu hadisə ilə bağlı mətbuat konfransı keçirən Malayziya Baş naziri Perdana Menteri bildirib ki, "Biz itkin düşmüş təyyarəni Səudiyyə Ərəbistanında nəhayət ki, tapa bilmişik. Təyyarənin sərnişinləri sağ-salamat və yaxşı əhval-ruhiyyədədirlər. Açıq-aydın görünür ki, şahzadə onlara qoyun əti və şərabın bol olduğu banket verməklə sərnişinləri yaxşı yedirdib. Biz təəssüf edirik ki, bu xoşagəlməz insindent baş verib. Ancaq yəqin ki, siz də başa düşürsünüz ki, biz oğrular üçün məsuliyyət daşıya bilmərik".

Malayziya Hava yollarının baş icraçı direktoru Əhməd Jauhari Yəhya isə deyib ki, hələlik baş verənləri hüquqi cəhətdən izah etmək imkanında deyillər: "Ancaq hələlik yalnız ehtimal kimi demək olar ki, təyyarə yəqin ki, havada uçuş halında olarkən qaçırılıb. Təyyarənin aeroportda endirilməsi də inandırıcı deyil. Biz eşitmişik ki, Əl Sandshoo nəsə soruşmaq bəhanəsiylə pilotların kabinəsinə daxil ola bilib. Buna qədərsə, stüardessaları da qorxudaraq onların əllərini bağlaya bilib. Biz bütün bunları qətiyyətlə pisləyirik və təyyarəni geri istəməklə yanaşı, üzləşdiyimiz zərərin də ödənməsini tələb edirik.

Sərnişinlərdən biri olan xanım Josie Kevin Teylor isə saytın əməkdaşına bildirib ki, baş verənlərdən bərk qorxub və bundan sonra Malayziya Hava Yollarının xidmətindən heç vaxt istifadə etməyəcək.

Sərnişin təyyarəsini qaçıran şahzadə Əl Sandshoo ilə bağlı hələ elə bir ciddi məlumat yoxdur, Çünki polis onu mediadan uzaq tutmağa çalışır. Bəzi gümanlara görə, avia aparatlarının xəstə həvəskarı olan şahzadə Boinq 777-ni qaçıraraq, öz digər təyyarələrinin arasına qatmaq istəyib.