SON DƏQİQƏ

Bakıda açılan yeni telekanalın rəhbəri: “Artıq yerimiz də müəyyənləşib”

Tarix:29-12-2017, 20:56

Dekabrın 28-də Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. İclasda Milli Televiziya və Radio Şurasının 2017-ci il 14 noyabr tarixli qərarı ilə ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə (Bakı şəhəri və Abşeron yarımadasında 31-ci TV yayım kanalı) 2017-ci il 16 noyabr tarixdən 2017-ci il 16 dekabr tarixədək elan edilmiş müsabiqədə iştirak etmiş "BAKU ART LAB” MMC, "Türkel TV” MMC, "MEDİA MASTER” MMC-nin sənədlərinə baxılıb, müsabiqənin nəticələri müzakirə edilib.

Nəticədə digər iddiaçılarla müqayisədə daha üstün yaradıcılıq imkanlarına, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan "Türkel TV” MMC-ni ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadasında) müsabiqənin qalibi elan edilib və ona 31-ci TV yayım kanalında ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib.


"Türkel TV” MMC-nin rəsmisi - "ARB 24” telekanalının baş direktoru Nadir Şəfiyev Modern.az-a açıqlamasında bu barədə danışıb:


"Şirkət olaraq "Türkel TV” MMC-dir. "ARB 24” isə bizim efir adımızdır. Bundan sonra da "ARB 24” kimi işlərimizi davam etdirəcəyik. Televiziyanin yayımı Bakıda nəzərdə tutulub və yeri də müəyyənləşdirilib”. 


Nadir Şəfiyev "ARB 24”ün regionlardakı fəaliyyətindən də söz açıb.


"ARB Media Qrupa 6 televiziya daxildir. O televiziyalar Xaçmazda, Lənkəranda, Gəncədə, Yevlaxda, Tovuzda fəaliyyət göstərir. Həmin televiziyaların rəhbərləri ARB Media Qrup idarə heyətinin üzvləridir. Media Qrupun rəhbərliyi isə Bakı ofisində yerləşir. Bakı ofisində müxtəlif proqramlar da hazırlanır. Bütövlükdə ARB TV-nin efir proqramı da efir siyasəti də Bakıda hazırlanır.

ARB bizim 4 kanalımızdan biridir. Bundan başqa bizim 3 ixtisaslaşmış telekanalımız da var. Biri musiqi, digəri uşaq və 3-cüsü xəbər kanalıdır. "ARB 24” xəbər kanalı kimi 4 ildən çoxdur ki, fəaliyyət göstərir. Azərbaycanda geniş yayımı Qazaxdan Kürdəmirə qədərdir. Bundan sonra xəbər kanalını daha mütərəqqi müasir texnologiyalarda nəzərə alaraq inkişaf etdirmək niyyətindəyik”.
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ