SON DƏQİQƏ

Azərbaycanlılar Yeni il tətilini daha çox bu bölgələrdə keçirəcəklər - SİYAHI

Tarix:27-12-2017, 22:06

Bir neçə gündən sonra Yeni il bayramını qeyd edəcəyik. Bayramla əlaqədar  5 gün ardıcıl (30 dekabr – şənbə günü, 31 dekabr, 1, 2, 3 yanvar) iş olmayacaq. Bu baxımdan bayramı qeyd etmək üçün fürsətdən istifadə edənlər də az olmayacaq.  Adətən bayram ərəfəsində Azərbaycan vətəndaşları Yeni ili harada və hansı qiymətə qarşılamaq barədə düşünürlər.

Bəs Yeni ildə  azərbaycanlılar daha çox hansı ölkələrə üz tuturlar?

Bununla bağlı Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov  danışıb:


"Yeni ildə azərbaycanlılar daha çox Türkiyə, Gürcüstan və Dubaya üz tuturlar. Məsələn, Gürcüstanda sağlamlıq mərkəzləri fəaliyyət göstərir. Təbii ki, bayram şənliyi keçirmək istəyənlər Rusiyanın ayrı-ayrı şəhərlərinə də səfər edirlər. Bundan əlavə, kimin imkanı varsa, Avropa ölkələrinə üz tuta bilər”.


M.Ağakərimov qeyd edib ki, vətəndaşlar həmçinin öz bölgələrimizə də gedirlər: 

"Azərbaycan daxilində isə vətəndaşlarımız, o cümlədən ölkəyə gələn turistlərqış mövsümünü, həmçinin Yeni İl bayramını keçirmək üçün ilk növbədə Qusar, Quba, Qəbələ, Şəki, Qax, Zaqatala, Şamaxı bölgələrinə müraciət edirlər. Cənub zonasında isə daha çox Lerikə üstünlük verənlər var. Çünki ora dağ zonasıdır və qar daha çox olur. Həmçinin, həmin bölgədə istirahət üçün şərait də mövcuddur. Sadaladığım yerlərdə bütün otellər yüksək səviyyədədir, orada işləyənlər artıq təcrübəyə malikdirlər, uzun müddətdir, turistləri qəbul edirlər.

Digər tərəfdən, indi insanlar əsasən  öz ölkəmizdə istirahətə üstünlük verirlər. Yerli turizmdən başqa, qeyd etdiyim kimi, xarici ölkədən gələnlər də bu bölgələrə üz tuturlar. İlk növbədə ərəb ölkələrindən və Rusiyadan gələn turistlər həmin məkanlarda istirahət edirlər. Ümumiyyətlə, apardığımız müşahidələr göstərir ki, Azərbaycanda hər il daxili turizmin çəkisi artır. Təbii ki, bu da qazanılan gəlirin daxildə qalması baxımından sevindirici haldır”.


Müsahibimizin sözlərinə görə, istirahət üçün məkan seçərkən qiymətlə yanaşı,  xidmətə də fikir vermək lazımdır:


"Hazırda ölkəmizdə müxtəlif tipli otellər mövcuddur. Təbii ki, 5 ulduzlu otellər daha baha olur. İstirahət məsələsi insanların sifarişindən asılıdır. Sərfəli qiymətlərlə  bayram qeyd etmək istəyənlər daha çox Şahdağa gedirlər. Lakin bununla yanaşı,  insanlar xidmətə  də diqqət edirlər. Qiymətdə 5-10 manat da fərq olsa, vətəndaşlar daha yaxşı xidmət edilməsini istəyir. Xidmətin keyfiyyətindən çox şey asılıdır.  

Lakin sahibkarlar, turizmlə məşğul olanlar bayram günlərindən istifadə edib qiymətlərdə artım etməməlidirlər. Nəzərə almaq lazımdır ki, turistlərə xidmət göstərmək, ölkənin nüfuzu baxımından önəmlidir”.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ