SON DƏQİQƏ

Yaşlılığın dərmanı: 85, 90, 100 və ya daha çox yaşamaq istəyirsiniz?

Tarix:23-12-2017, 00:49

Siz nə qədər ömür sürmək istəyirsiniz? 85, 90, 100 və ya daha çox? Axı yaşanan illərin sayı və yaşlı vaxtımızda bizim sağlamlığımız daha vacibdir.

Bu günkü gün rəsmən təsdiqlənmiş uzunömürlü şəxs fransız Janna Kalman hesab edilir. Kalman 1997-ci ildə 122 yaşında vəfat edib.

20 il sonra ABŞ-dakı alimlərin yaşlılıqla əlaqədar xəstəliklərin qarşısını alan və sağlam həyat illərini uzadacaq dərmanların tezliklə əldə olunacağını ehtimal etməyə əsasları var.


Həmçinin oxuyun:


Bu, belə dərmanların bizim daha çox ömür sürməyimizə kömək edəcəyimi deməkdir?

Biotibbi gerentoloq Aubrey de Grey şübhəsiz ki, belə düşünür. O, ömrün uzadılması məsələsində dərmanların başlıca rol oyandığını düşünür və əmindir ki, tibbi nailiyyətlər insanlara 100 il yaşamağa imkan verəcək. De Grey öz şəxsi büdcəsindən yaşlanma prossesinin tədqiqatına milyon dollar vəsait qoyub. O, California ştatındakı Silicon Vadisində yerləşən SENS tədqiqat fondunun aparıcı elmi əməkdaşıdır.

"Mən heç vaxt alseqeymer xəstəliyinə yoluxmaq istəyən bir nəfər insanla da olsa rastlaşmamışam. Yaşlı olan zaman səhhətin pisləşməsi bizim dünyanın başlıca problemidir ",- o deyir. O hesab edir ki, tibb bu problemin həllinə yaxındır.

"Biz yaşlanma prossesini nəzarətə götürən zaman əlbəttə ki, uzunömürlüyün hansısa məhdudiyyəti olmayacaq. İnsanlar əvvəlki kimi öləcəklər - insanları vurub öldürən yük maşınlarından qaçış yoxdur . Lakin faktiki olaraq insanlar orta hesablama ilə çox yaşayacaqlar, əlbəttə ki, qeyri-adi hadisə, məsələn asteroidin enməsi baş verməsə".

Ən başlıcası isə de Grey hesab edir ki, tibbin nailiyyətləri sayəsində biz sağlam şəkildə daha uzun illər yaşaya bilərik.

Aubrey de Grey hesab edir ki, insanlar əsrlərlə yaşa bilər
Image captionAubrey de Grey hesab edir ki, insanlar əsrlərlə yaşa bilər

Yaşlanmaq uğrunda mübarizə aparmaq ideyasını heç də hamı qəbul etmir. Lakin bu dünyada bu fikrin öz tərəfdarlarını tapa biləcəyi bir yer varsa, o da Silicon vadisidir.

Yüksək texnologiyalar üzərində sərvət qazanan milyarderlər qeyri-standart düşünməyə və yerini tutmuş fikirləri şübhə altına almağa alışıblar.

2013-cü ildə Google şirkəti Calico (California Life Company - Kalliforniya Həyat Şirkəti) firmasını təsis etdi. Firmanın başlıca vəzifəsi "insanlara daha uzun və xoşbəxt ömür bəxş etmək imkanı" verməkdir.

Calico apardığı tədqiqatların tanınmasına cəhd göstərmir. Bu firma məlumat, həttə lövhə belə olmayan olmayan bir binada yerləşir.

2016-cı ildə Facebook-un təsisçisi Mark Zuckerberg XXI yüzilliyin sonuna qədər istənilən xəstəliklərin müalicə ediləcəyinə və ya qarşısının alınacağına dair vəd vermişdi. California-dan olan vençur investor Laura Deming Uzun Həyat Fondunu təsis edib. Bu fond yaşlanma ilə bağlı problemləri həll etməyə cəhd göstərən şirkətlərə sərmayə qoyur.

"Silicon Vadisi maraqla idarə olunur. Həmin bu maraq 14 yaşlı yeniyetmələri öz yataq otaqlarında proqramlaşdırma ilə məşğul olmağa məcbur edir. Bu maraq həmçinin 20-30 yaşlı insanları da hərəkətə gətirib. Hansı ki, onlar da öz ağıllarını yaşlanmanın, ölümün səbəblərini öyrənməyə və bu prossesi necə tərsinə çevirməyə düşünməyə sərf edirlər ".

Həyat davamlılığını şübhəsiz ki, sadə orqanizmlərdə, məsələn mayalı göbələklərdə, meyvə cücülərində və soxulcanlarda uzatmaq mümkündür . Lakin təkamül pillələri ilə nə qədər yuxarı qalxırsansa, bu prosses daha da çətinləşir.

Gordon Lithgow-nun adını daşıyan Yaşlanma Tədqiqatı İnstitutundan olan alim labaratoriyaya başçılıq edir. Burada təkcə mikroskopik soxulcanların həyatını necə uzatmaq deyil, həm də insan hüceyrələri mədəniyyəti də araşdırılır.

"Yaşlanma prossesi labaratoriya şəraitində sadə orqanizmlərdə dəyişikliyə imkan verir. Biz onların həyat müddətini 500 faiz artıra bilərik. Çoxhüceyrəli heyvanlarda, məsələn, biz siçanların ömrünü 20-30% uzatmağa nail olmuşuq. Lakin bunun insanlar üzərində əldə edə biləcəyimiz bizə məlum deyil".

Yaşlanma Tədqiqatı İnstitutu uzunömürlülüyün artırılması barədə söhbətləri fərziyyə hesab edir və bunun əsas məqsəddən - insanlara ahıl yaşda sağlam olmaq imkanı verməkdən yayındırdığını deyir. Şübhəsiz ki, tibbin bizim sağlamlıqla bağlı bütün problemlərimizi həll edəcəyini gözləmək lazım deyil. Lakin elmi araşdırmalarla birlikdə bir çox şey etmək mümkündür.

Yaşlı vaxtda bizim sağlam olmaq şansımızı artıran müəyyən vasitələr var. Onlardan başlıcası fiziki hərəkətlərdir. Əgər onları aptekdən almaq mümkün olsaydı, o ən çox satılan dərman olardı.

Mənim bu günə kimi rastlaşdığım uzun müddət bir yerdə yaşayan insanlar hansısa fiziki məşqlə məşğul olublar və bu onlara zövq verib.

Arizona ştatında, özünü Sun City Poms adlandıran yaşlı qadınlardan ibarət qrup akrobatik rəqs hərəkərlərini yeriə yetirir və mütəmadi olaraq paradlarda iştirak edir.

"Mənim hər səhər hər tərəfim ağrıyır, lakin hərəkət edərkən bunu unudursan. Mən nə qədər çox məşq etsəm, özümü bir qədər yaxşı hiss edirəm", - deyə 76 yaşlı Peggy Parsons deyir.

84 yaşlı Ginger Price isə belə deyir: "Mən Sun City Poms qrupunu sevirəm. Burada mən fiziki olaraq fəalam və mənim beynim işləyir. Rəqs hərəkətlərini yadda saxlamaq lazımdır və bu da mənim yaddaşımın xeyrinədir".

Bundan başqa, bu qadınlara geniş ünsiyyət dairəsi saxlamağa köməklik edir. Bu isə həmçinin sağlam yaşlanmanın ən vacib aspektidir.

Əqlin fəal olması çox vacibdir. Bu idrak ehtiyatı yığmağa kömək edir və demensiyanın inkişaf riskini aşağı salmağa şərait yaradır. Həmçinin balanslaşdırılmış pəhriz də kömək edə bilər. Ahıl vaxtda yaxşı səhhətin təminatlı formulası yoxdur. Lakin siz bu məsləhətlərə əməl edin, bəlkə siz də "SuperAger" (bilik qabiliyyətləri cavanlarda olduğu kimi yüksək səviyyədə olan yaşlılar) oldunuz.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ