SON DƏQİQƏ

"Yeri hələ də görünən ANS olsaydı, Bakının anasını bu qədər ağlatmazdılar"

Tarix:22-12-2017, 23:47

Dekabrın 21-də axşam saatlarında bəzi işlərlə əlaqədar Bakının mərkəzi ilə yarım saat-qırx dəqiqə gəzmək imkanım oldu. Çoxdan idi belə bir fürsət ələ düşmürdü və mən dostlara, əzizlərimizə təşəkkür edirəm ki, o yarım saat ərzində mən bəzi müşahidələr aparmaq imkanı əldə etdim. 

Bakı, xüsusən də qarşıdan gələn Yeni 2018-ci təqvim ili ilə əlaqədar tanınmaz dərəcədə dəyişilib. Artıq şəhərdə çoxsaylı turistlərin, xüsusən də qonşu iranlıların və ərəblərin də çoxluq təşkil etdiklərinin şahidi oldum. Görülən işləri, sanki qardaş dediyimiz Türkiyə modelinə uyğun saysız-hesabsız iaşə ocaqlarının quraşdırılmasını da hardasa qəbul edirəm. Amma və lakin, dünən Kukla teatrı ilə üzbəüz o fontanın bap-balaca ərazisində GECƏYNƏN xeyli vəsait sərf edilərək salınmış yaşıllığı MƏHV edən və buna icazə verən adamın sadəcə vicdanı və azərbaycançılığı yoxdur deməkdən özümü saxlıya bilmirəm.

Buradan ölü duruma salınmış, yüzlərlə layihə-filan həyata keçirən mətbuat və QHT-lərin rəhbərlərinə səslənirəm. Nədən siz şəhərin bu cür eybəcər duruma salınmasına susursunuz? Məgər o yerdə hansısa ticarət obyekti salmaq o qədərmi önəmli, vacibdir ki, buna ya Bakının gözləri tutulmuş meri HacıBƏLA Abutalıbovmu, ya da Səbail rayon icra başçısı Eldar Əzizov bu şəkildə icazə veriblər? Siz heç utanmırsınız ki, o cür gözəllliyi GECƏYNƏN, sanki tülkü kimi bəzi oğrun-oğrun hərəkətlər etməklə eybəcər vəziyyətə salırsınız? Sizin üçün bu 5-10 manat pul o qədərmi vacib və şirindir ki, siz çörəyini yediyiniz Bakı kimi bir zəhmətkeş və bənzərsiz şəhəri bu qədər eybəcərləşdirirsiniz? Vallah ürəyim ağrıyır paytaxtımıza görə. Və kim nə deyir desin, açıq yazacağam. Türkiyənin badına gedən, yeri hələ də görünən ANS TV bu gün fəaliyyət göstərsəydi, vallah adı olub, özü "qeybə çəkilən" HacıBəla şəhərbaşı və onun kimi digər bəlalar Bakının anasını bu qədər vicdansızcasına ağlatmazdılar.
Bakı şəhərinə cavabdehlik daşıyan əlaqədar rəhbər şəxslər də dediyim o rəzaləti görmək istəyirlərsə, buyursunlar 10 dəqiqə vaxt sərf edib o yerə gedib baxsınlar. Əgər dediklərim yalandırsa və o gözəl yaşıllığı məhv edib hansısa işbaza ticarət yeri salınmasını uğurlu hesab edirlərsə, söyün-danlayın məni. Yox əgər mənim dediklərimi məntiqli saysanız, çağırın o pula hərislənən meri və bəzi icra başılarını. İstərsəniz üzlərinə deyin, istərsiniz üzlərinə ....ün. Özünüz bilərsiniz. Amma Bakı kimi gözəl şəhəri təhqir etməyə, gözdən salmağa nə HacıBəlanın, nə də bu gün var, sabah olmayacaq icra başçılarının qətiyyən nə haqqı çatmır, nə də mənəvi haqqları yoxdur. 
Susan mətbuatımız vayyy!!! Susun, görək axırımız necə olacaq. Paytaxtımız və ona tabe olan rayonlarımız isə bəzi işbazlara görə sadəcə əldən gedir. 
Tanrı Bakımızı və Azərbaycanımızı belə bəlalardan hifz eləsin!
Üzeyir Cəfərov, 
Tanınmış hərbi ekspert
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ