SON DƏQİQƏ

Avropa sərhədlərini nə vaxt açır, Covid-19 testini robotlar apara bilər, sosial məsafə papaqları nədir?

Tarix:5-06-2020, 12:11

Avropa Komissiyası Avropa İttifaqı ölkələrini iyun ayının sonunda sərhədlərini açmağa və İttifaq daxilində pasportsuz səyahətə icazə verməyə çağırıb.

Daxili İşlər Komissarı Ylva Johanssonun sözlərinə görə, virusla bağlı vəziyyət "sürətlə yaxşılaşıb".

"Bütün daxili sərhəd məhdudiyyətlərini və sərhəd yoxlamalarını qaldırmalı olduğumuz bir vəziyyətə yaxınlaşırıq" - o, Euronews kanalına açıqlamasında bildirib.

Avropanın bəzi ölkələri daxili məhdudiyyətləri ləğv etməyə başlayır və son günlərdə bəziləri sərhədləri açmağa başlayıb.

Avropa İttifaqının digər ölkələrlə sərhədləri nə vaxt açacağı ilə bağlı məlumat yoxdur.

koronavirus, bu günFotonun müəllifiEPA

Covid testi aparan robot

Danimarka alimləri Covid-19 şübhəsi olan insanlardan nümunələr götürə biləcək robot hazırlayıb.

Araşdırmaçılar bu üsulla tibb işçilərini risk altında qoymadan koronavirus testi aparıla bilinəcəyini deyir.

Reuters xəbər verir ki, robotlar "qısa zamanda" istifadəyə veriləcək.

Koronavirus şübhəsi olan insanları test edən tibb işçiləri xəstəliyə tutulma riski ən çox olan adamlar arasında yer alır.

Min il əvvəl Çində işçilərin bir-biri ilə pıçıldaşmasının qarşısını almaq üçün istifadə edilən papaqlar Fransada sosial məsafə papaqlarına ilham verib.Fotonun müəllifiREUTERS

Sosial məsafə papaqları

Min il əvvəl Çində işçilərin bir-biri ilə pıçıldaşmasının qarşısını almaq üçün istifadə edilən papaqlar Fransada sosial məsafə papaqlarına ilham verib.

Parisdə bir incəsənət qalereyası ziyarətçilərinin sosial məsafə qaydalarına əməl etməsini təmin etmək üçün onların bir-birinə yaxınlaşmasına imkan verməyən papaqlar paylayıb.

Qalereyanın məlumatına görə papaqlar Çində 960-1279-cu illərdə hökmranlıq edən Song xanlığı dövründə istifadə edilən papaqlardan ilhamlanaraq hazırlanıb.

Papağın üzərindəki çıxıntılar insanları bir-birinə bir metrdən çox yaxınlaşmağa qoymur.

Fransada sosial məsafə qaydası bir metr olaraq müəyyənləşdirilib.

Hökumət əhalini sosial məsafə qaydalarına əməl etməyə çağırırFotonun müəllifiEPA
Image captionİranda hökumət əhalini sosial məsafə qaydalarına əməl etməyə çağırır

İranda koronavirus hadisələrinin sayı niyə artıb?

İranda üçüncü gündür ki, koronavirusla bağlı 3000-dən çox yeni hadisə barədə məlumat verilir.

Bir neçə əyalətdəki vəziyyət "həyəcan verici” kimi qiymətləndirilir, ölkənin cənub-qərbindəki Xuzistan ostanında bəzi məhdudiyyətlər bərpa edilib.

Mütəxəssislər yoluxma hallarında artımın arxasında bir neçə səbəbin dayandığını düşünürlər.

Ən başlıcası - bir çox iranlı sosial məsafə qaydalarına ciddi yanaşmır.

Rəsmi tövsiyələrə məhəl qoymadan minlərlə insan, Ramazan bayramında istirahət üçün "qırmızı” zona sayılan İranın şimalına səfər edib. Bundan başqa, metro stansiyaları, bank və ofislərdə də insanlar arasında təmas artıb.

Rəsmilər yoluxmanın ikinci dalğası ilə əlaqədar xəbərdarlıq etsələr də, hələ ki, yenidən karantin tətbiq etməyə maraq göstərmirlər.

Türkiyə beynəlxalq uçuşları bərpa edir

Türkiyə daxilində uçuşlar artıq iyunun 1-dən bərpa olunubFotonun müəllifiGETTY İMAGES
Image captionTürkiyə daxilində uçuşlar artıq iyunun 1-dən bərpa olunub

Türkiyə bu ay 40 ölkə ilə aviaəlaqəni bərpa etməyi planlaşdırır.

Uçuş istiqamətləri arasında Azərbaycanın adı da çəkilir.

Lakin, "Azərbaycan Hava Yolları” bildirir ki, 1 iyul tarixinədək Azərbaycanın bütün hava limanları müntəzəm sərnişin reyslərinin həyata keçirilməsi üçün bağlıdır.

Türkiyə daxilində uçuşlar artıq iyunun 1-dən bərpa olunub.

İsraili parlamenti müsbət testdən sonra işini dayandırıb

Yoluxma haqqında xəbərdən sonra Knesset əksər fəaliyyətini dayandırmalı olubFotonun müəllifiAFP
Image captionYoluxma haqqında xəbərdən sonra Knesset əksər fəaliyyətini dayandırmalı olub

Millət vəkilinin koronavirus üçün verdiyi testin müsbət nəticəsindən sonra İsrail parlamenti əksər fəaliyyətini bir günlük müddətə dayandırıb.

Knessetdə komitə iclasları təxirə salınıb, işçilərdən xahiş olunub ki, kəskin zərurət yaranmasa, işə gəlməsinlər.

Koronairus infeksiyasına yoluxmuş millət vəkili Sami Abou Shahadeh özünü təcrid edib.

O son iki həftə ərzində minlərlə insanla təmasda olduğunu bidlirir.

Almaniya: hər uşağa 300 avro yardım

Almaniya hökuməti koronavirus pandemiyası nəticəsində yavaşlayan iqtisadiyyatı canlandırmaq üçün 130 milyard avro (248 mlrd. AZN) dəyərində stimullaşdırma paketinin ayrılacağını vəd edib.

2021-ci ili də əhatə edəcək yardım planına görə, hər bir uşağa 300 avro ayrılır və 6 ay müddətinə əlavə dəyər vergisinin (ƏDV) səviyyəsi azaldılaraq 19-dan 16 faizə endirilir.

Bundan başqa, ətraf mühitə atılan karbon tullantılarının həcmini ixtisar etmək üçün hidrogen texnologiyalarına da 7 mld. avro dəyərində vəsait yönəldiləcək.

Elektriklə işləyən avtomobil alıcılarına 6 min avro veriləcək ki, bu əvvəlki subsidiyaların iki mislini təşkil edir.

Koronavirusun "səssiz yayıcılar” müəmması

koronavirus, bu günFotonun müəllifiGETTY IMAGES

Koronavirusla bağlı karantin məhdudiyyətlərinin ləğv edildiyi bir məqamda, yoluxmanın ikinci dalğası ilə bağlı narahatlıq bildirilir.

Ehtiyat edilir ki, "səssiz yayıcılar” böhranı yenidən alovlandıra bilər.

Bəs, "səssiz yayıcılar” kimdir? Bunlar virusu daşıyan və onu başqalarına ötürən insanlardır.

Onlar xəstəliyi simptomsuz keçirir və virusu daşıdıqları barədə xəbərsizdilər.

Belə insanların sayı və infeksiyanın yayılmasındakı rolunu müəyyən etmək olduqca vacibdir, tədqiqatçılar deyir.

George Floyd-un koronavirus testi müsbət olubmuş

George FloydFotonun müəllifiTWITTER/RUTH RICHARDSON
Image captionGeorge Floyd

May ayının sonunda həbs edilərkən ölən afroamerikalı George Floyd-un ölümündən əvvəl verdiyi koronavirus testləri müsbət imiş.

Bu, onun ölümünün səbəblərini araşdıran məhkəmə-tibbi ekspertizanın nəticələrində göstərilir.

Tibbi Ekspertiza İdarəsi tərəfindən dərc olunmuş 20 səhifəlik hesabata əsasən, 3 aprel tarixində mərhumun virusa yoluxduğu aşkarlanıb.

George Floyd-un ölümü ABŞ boyunca etirazlara təkan verib.

Rusiyada 1 litrlik araqlara tələbat artıb

Рюмка водкиFotonun müəllifiARTYOM GEODAKYAN/TASS

Ötən ilin eyni vaxtı ilə müqayisədə, cari ilin aprel ayında 1 litrlik araqların satışı 19 faiz artıb, Vedomosti qəzeti Nielsen tədqiqat şirkətinin məlumatına istinadən xəbər verir.

Bu arada yarım litrlik araqların satışında dəyişiklik müşahidə olunmayıb - araq satışlarının 70 faizi məhz onun payına düşür.

Bundan əvvəlki illərdə iri qablarda olan arağa tələbat tədricən azalırmış.

Nielsen-in izah etdiyi kimi, əhali özünü izolyasiya vaxtı alkoqol ehtiyatı yığmağa qərar verib və bunun üçün böyük qablar daha əlverişlidir, üstəlik onların qiyməti də daha ucuzdur.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ