SON DƏQİQƏ

Azərxalça əməkdaşları 3 aydır əməkhaqqı ala bilmirlər

Tarix:18-05-2020, 12:27

Azərxalça ASC-nin əməkdaşları üç aydır əməkhaqqı ala bilmirlər.

Qurumun Qəbələ filialının işçiləri deyir ki, hər gün işə getsələr də, əmək haqlarını ala bilmirlər, bu isə ailələrini çətin vəziyyətə salıb.

Bəzi işçilər maaş ala bilmədikləri üçün pandemiyaya görə verilən 190 manat üçün müraciət etdiklərini, lakin imtina cavabı aldıqlarını bildirib.

Azərxalçanın mətbuat xidmətinin rəhbəri Tural Səfərov BBC News Azərbaycancaya bildirib ki, "qurumun 21 filialının əməkdaşları fevral ayından əməkhaqqı almayıb".

Cənab Səfərov söyləyib ki, koronavirusa görə tətbiq edilən məhdudiyyətlərdən sonra Azərxalça məhsullarının həm yerli, həm də dünya bazarlarında satışı xeyli azalıb, buna görə də işçilərə maaş verə bilməyiblər.

Azərbaycanda ilk koronavirusa yoluxma halı 28 fevralda qeydə alınıb. Martın 24-dən qüvvədə olan xüsusi karantin rejimi mayın 31-dək uzadılıb. Nazirlər Kabineti mayın 4-də və 18-də xüsusi karantin rejimini bir qədər yumşaldıb.

Qurumun sözçüsü dövlətdən pandemiya ilə əlaqədar maliyyə yardımının ayrılması üçün İqtisadiyyat Nazirliyinə müraciət etdilib.

"Dünya bazarlarında xalça və xalça məhsullarına tələbat azalıb. Buna görə bizim satış imkanlarımız bir az məhdudlaşıb. Biz artıq dövlətə yardım üçün müraciət etmişik. Qısa zaman ərzində müraciətimizə baxılacaq və biz də ayrılan vəsaitlə əməkdaşlarımızın ödənişlərini edəcəyik. Bundan sonra da Azərxalçanın fəaliyyəti davam edəcək," - cənab Tural Səfərov bildirib.

Tural Səfərov deyir ki, maliyyə yardımı ayrılandan sonra Azərxalça işçilərinin fevral-mart aylarının əməkhaqları tam şəkildə, aprel ayının əməkhaqqı isə boşdayanma qanununa əsasən ödəniləcək.

"Bəzi əməkdaşlar məzuniyyətə göndərilib"

Tural Səfərov deyir ki, hazırda Azərxalça ASC-nin koronavirus epidemiyasının ən çox yayıldığı bölgələrdəki filiallarında işçilər ödənişli məzuniyyətə göndərilib".

"Bəzi filiallarda bəzi əməkdaşlarımız işə çıxsalar da, qurum tam fəaliyyət göstərə bilmir. Lənkəran, Abşeron, Nardaranın əməkdaşları işə çıxmır. Bizdə normal iş prosesində 70-80 nəfər bir yerə toplaşıb işləyir deyə, mayın 31-dək onların fəaliyyətə başlamasına icazə vermirik. İndi mərkəzi aparatımız işləyir. İşi elə tənzimləmişik ki, karantin rejiminin qaydaları pozulmasın".

Azərxalça ASC-nin 1800 əməkdaşı var, onlardan 1500-ü toxucudur.

bu gün AzərbaycanFotonun müəllifiAZƏRXALÇA

"Hər kvadratmetr xalça üçün 250 manat alırlar"

Tural Səfərov xalçaçıların əmək haqqının işəmuzd hesablandığını söyləyir.

Onun sözlərinə görə, xalçaçılar toxuduqları hər bir kvadratmetr xalça üçün 250 manat alırlar.

Qurum sözçüsü vurğulayıb ki, "karantin tədbirləri bitdikdən və ölkələrarası əlaqələr bərpa edildikdən 14 həftə sonra qurumun tikilişi yarımçıq qalmış yunəyirici boya fabriki istifadəyə veriləcək".

"Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin saytında qeyd olunur ki, qurum 2016-cı ildə yaradılıb. Qurumun səhmləri dövlətə məxsusdur.

Hökumət karantinə görə iş yerini bağlamaq məcburiyyətində olan qurumlar və sahibkarlar üçün dövlət büdcəsindən 3,5 milyard manat vəsait ayırdığını bildirib.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ