SON DƏQİQƏ

"Gündəlik Bakı" qəzetinin baş redaktorunun məhkəməsi- DTX-dan köçürülmək istəyir

Tarix:13-12-2017, 12:52

 Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları tərəfindən həbs edilən və reket fəaliyyətində ittiham olunan "Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Musavat.com xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baxılır.

Məhkəmədə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Prosesdə H.Vəliyevin vəkilləri bir neçə vəsatətlə çıxış edib.


Vəkillər H.Vəliyevin hazırda saxlanıldığı DTX-nın istintaq təcridxanasından Bakı İstintaq Təcridxanasına köçürlüməsini, H.Vəliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsini istəyiblər.

Məhkəmə vəsatətləri təmin etməyib. Baxış iclası dekabrın 26-na tyin edilib.

Qeyd edək ki, H.Vəliyev ümumi olaraq 12 epizod üzrə ittiham edilir. Zərərçəkənlərdən biri isə "Karona” LTD şirkətinin direktoru Ramil Quliyevdir. Habil Vəliyev ona hədə-qorxu gələrək pul tələb etdiyinə görə Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə ittiham verilib.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan araşdırmaların nəticələri üzrə hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə belə tədbirlərin keçirilməsi faktları üzrə cinayət işi başlanılıb.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ