SON DƏQİQƏ

Deputat oğlunun şikayəti ilə tutulan jurnalist məhkəmə qarşısında

Tarix:12-12-2017, 22:03

«BakıPost» internet nəşrinin baş redaktoru Elçin Zahiroğlunun məhkəməsi başlayıb. CM-nin 182-ci (hədə-qorxu ilə tələbetmə) maddəsi ilə ittiham olunan jurnalistin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində İradə Həsənzadənin sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Dekabrın 11-də məhkəmənin hazırlıq iclasında təqsirləndirilən jurnalist haqqında anket məlumatları dəqiqləşdirilib, iş məhkəmə baxışına verilib.

E.Zahiroğlu 2017-ci ilin iyulunda deputat Elmira Axundovanın oğlu Həbib Axundovun şikayəti əsasında tutulub. Onu DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxlayıb. H.Axundovu onun haqqında rüsvayedici məlumat yaymaqla hədələyib, ondan pul tələb etməkdə suçlanan sayt rəhbəri bir neçə gün saxlandıqdan sonra buraxılıb. İbtidai istintaq və məhkəmə dövrü üçün onun barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ