SON DƏQİQƏ

Onu necə unudum? İtirdiyimiz insanlarsız yaşamağın yolları

Tarix:13-11-2019, 15:15

Ölümlə həyat ayrılmaz olduğu qədər də sevdiyimiz birisini itirəndə kədərlənmək qaçılmaz və zəruri bir mərhələdir.

"Unutmaq" və ya "yaşamağa davam etmək" üçün bir təzyiq hiss edə bilərik, amma yüngülləşmə və hadisələrin olduğu kimi qəbul edilməsi prosesin bir hissəsi olsa da, sağlam kədər əlaqələri kəsmək və ya unutmaq demək deyil. Sevilən bir insan barədə xatirələri düzgün yaşatmaq üçün fərqli bir yol da tapmaq olar.

Kədər nədir?

Kədər insanın itkiyə çox təbii cavabıdır. Sevdiyimiz birisini itirəndə çox vaxt ağrı və ya boşluq hissi keçiririk. Kədər hissi sadəcə qəm deyil. Bu hiss şokdan günah hissinədək, qəzəbə və inamsızlığadək bir çox gözlənilməz duyğular şəklini ala bilər.

Kədər bizə fiziki cəhətdən də təsir edə bilər: yuxu, yemək və ya ən sadə tapşırıq üzərində fikrimizi cəmləmək çətin ola bilər. Sadəcə səhər və ya gündüz yataqdan qalxmaq həllolunmaz bir problem kimi görünə bilər.

Kədərlə necə yaşaya bilərsən?

Qəm hissindən qapı arxasında gizlənmək və onun yox olacağına ümid bəsləmək mümkün deyil. Onu qapatmaq, görməməzliyə vurmaq və içəriyə salmaq da olmaz, əks halda bu, yalnız daxildə bir ağrının yaranmasına səbəb olacaq.

Həqiqi şəfa tapmaq üçün kədər hissindən qaçmaq lazım deyil, bu hissin öhdəsindən gəlmək lazəmdır. Bu halda kədərlənmək və ağlamaq zəiflik göstərmək demək deyil. Ağlamaq, zarıldamaq, qışqırmaq kimi hərəkətlər ağrını çıxarmağa və bu yolla yüngülləşməyə imkan verir. Bununla belə, insanlar kədər hissini müxtəlif yollarla keçirir və misal üçün, göz yaşları axmırsa, bunun üçün narahat olmaq lazım deyil.

Kədər sizi digər insanlarla yaxınlaşdıra bilər

Zəiflik göstərməkdən qorxmayın və ətrafınızdakı insanlara əziyyət çəkdiyinizi bildirin. Özünüzü möhkəm göstərməklə ailənizi və ya dostlarınızı qorumağa ehtiyac yoxdur. İtkiyə görə keçirdiyiniz ağrı hissi barədə açıq və həqiqi olmaq əslində bizi hələ də həyatımızda olan insanlara daha yaxın edə bilər. Kədər dərin bir ağrı və təcrübədir və bu hissi tək keçirməyə ehtiyac yoxdur.

İtirilmiş yaxınlarınızı necə xatırlamaq olar

Bir çox insan kədər hissi və ağrının itirlmiş adam barədə düşüncələri inkar etməklə azalmadığını qeyd edir - əksinə, fəal şəkildə onlara yaxın olmağa çalışanda həmin ağrı hissi azalır. Son nəticədə itirilmiş bir insana sevgidən yaranan fiziki ağrı və qəm azalır. Ancaq o insanla bağlı xatirələrimiz və paylaşdığımız vaxt əbədi olaraq bizimlə qala bilər.

Həmin anları gün ərzində xatırlamaq, bölüşmək və ya nə dərəcədə darıxdığınızı göstərmək istəyirsinizsə, bunu edin. Bu cür hiss istənilən zaman yarana bilər - hamamda, park skamyasından və ya supermarketdə gəzərkən. Xatıldıqlarınızlarla ucadan və ya ürəyinizdə danışmaq, onlarla yaxın olduğunuzu hiss etməyə kömək edə bilər.

Uca səslə onlarla söhbətləşmək sizin üçün rahat deyilsə, bir məktub yazmağa çalışın. Kimsə ölməzdən əvvəl onunla vidalaşmaq heç də həmişə mümükün olmur və bu bizdə ağır günah və peşmançılıq hissi yarada bilər. Məktub sizə ürəyinizdə qalmış hissləri paylaşmaq imkanı verir. Bundan əlavə, məktub yazmaq sizə qeydləri tutmaq və müəyyən bir müddətdən sonra həmin qeydləri nəzərdən keçirərkən kədər hissindən nə qədər uzaqlaşdığınızı göstərə bilər.

Onları tanıyan və sevən digər insanlarla xatirələrinizi bölüşün ki, əvvəllər eşitmədiyiniz və bilmədiyiniz yeni xatirələr və əhvalatlar öyrənəsiniz. Sonra isə onlarla heç vaxt görüşmək imkanı olmayan və yaxın olduğunuz bir insanla bu əhvalatları və xatirələri bölüşün. Misal üçün, nəvəyə heç vaxt görmədiyi babası barədə və ya partnyora ölmüş bir insan və bunun təsiri barədə danışa bilərik.

Həm də itirdiyiniz insan barədə xatirələri saxlayın: bu xoşbəxt vaxtları xatırladan bir şəkli, ya da həmin adamın taxdığı bir üzük və ya boyunbağı ola bilər. İnsan öləndən sonra onun paltarını atmaq saxlamaq qədər də çətin ola bilər. Bələ vəziyyətdən çıxış yolu həmin paltarların parçasından rəngbərəng örtük və ya yorğanın tikilməsi ola bilər - bu yolla həmin insanı yorğandan istifadə edərkən həmişə xatırlamaq olar.

Və ölüm və ya doğum gününün ildönümündə və ya başqa bir əlamətdar gündə bir şam da yandırmaq olar. Digər ailə üzvləri və ya dostlar da bunu edərlərsə, bu, böyük bir həmrəylik, güc və ümid hissi yarada bilər.

Sevilən insanı xatırlamağın yolları

  • Onunla danışın
  • Ona məktub yazın
  • Onun fotoşəklini özünüzlə gəzdirin
  • Onun adına bir xeyriyyə təşkilatı yaradın
  • Xatirə skamyası düzəldin
  • Ağac əkin
  • Onun zinət əşyalarını özünüz taxıb üzərinizdə gəzdirin
  • Sevdiyi yerlərə səyahət edin
  • Bir şam yandırın
  • Onun sevdiyi yeməkləri bişirin
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ