Toy Yevlax rayonunda baş tutub. Bəylə gəlinin fotosu sosial şəbəkədə paylaşılıb. Bəyin 13, gəlinin isə 14 yaşı olduğu bildirilir.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kamalə Ağazadə açıqlamasında bildirib ki, sözügedən toy Yevlax rayonunun kəndlərindən birində baş tutub:

"Toy qaraçılar məhləsində olub. Erkən ailə həyatı qurmaq qaraçılarda ənənə halını alıb. Oğlan evi qız evinə hətta başlıq pulu da verib”.