SON DƏQİQƏ

Dünya karnavallarının qədim büdpərst kökləri

Tarix:19-02-2019, 12:10

Ötən həftəsonu martın 5-də Mardi Qras karnavalı ilə bitəcək mövsümünün başlanğıcına start verilib. Bütün dünya üzrə insanlar kostyum şənliklərinə qatılır və paradları seyr edirlər.

Venesiyada keçirilən məşhur İtaliya karnavalı hər il minlərlə insanı cəlb edir. Əksəriiyyəti kostyumlarda olan şən insanlar bazar günü Kannacero kanalı boyunca hər il keçirilən qayıq karnavalına baxmaq üçün toplaşıblar. Bu il parada İtaliyada "panteqana” adlandırılan böyük siçovul formasında olan qayıq başçılıq edib.

"Çox xoşbəxtəm, burada müxtəlif kostyumlar, maskalar və Venesiya paltarları geymiş insanlar görürəm. Bu, heyrətamizdir", Britaniyadan olan turist Şina Miranda deyir.

Karnavallar mövsümündə Rio de Janeyro məşhur yerlərdən biridir. Braziliya yanvar ayında su bəndinin ölümə səbəb olan daşması da daxil olmaqla, ötən il bir sıra çətinliklərlə üzləşib. Karnaval iştrakçıları əhalini şənləndirmək üçün əllərindən gələni edəcəklərini deyirlər.

"2019-cu il elə də yaxşı başlamayıb, musiqiçilər üçün karnavalın əsas məqsədi insanlara problemlərini unudub, onları az da olsa əyləndirməkdir. Çətin bir andan keçdiyimiz üçün bu heç də asan olmayacaq. Lakin biz insanları ruhlandırmaq və xoşbəxt etməyə çalışacayıq”, karnaval iştirakçısı Roqerio Peixoto deyir.

Karnavallar çox vaxt mövcud siyasi vəziyyətlərlə əlaqəli məyusluğu unutmaq üçün gözəl vaxtdır. Dünya liderlərinın məsxərəli maskaları və geyimləri çox yayılıb.

Film qəhrəmanlarını canlandırmaq da çox populyardır. Lakin bəzi ölkələr ənənələrə sadiq qalırlar. Boliviyada şənliklər iştrakçıların karnavalın ruhunu oyatmaq üçün səs salmaq və onu qəbirdən çıxmağa səsləməklə başlayır.

"Pepino Pepino oyan! Darıxmışıq, oyan!”, boliviyalı Karla Quiroqa.

Karnaval ənənələri bütpərəstlik dövründən günümüzə gəlib. İnsanlar qışı qorxutmaq və yeni ili qarşılamaq üçün qorxulu kostyumlar geyinirdilər. Makedoniyanın Vevçani kəndində ortodoks xristianları yeni ilin başlanğıcını Yulian təqvimi ilə küçə karnavalları və qədim paqan adətlərinə əsasən qeyd edirlər.

Sloveniyanın ən qədim şəhəri olan Ptuj, YUNESKO tərəfindən qorunan zəng ənənəsindən qış və dünyanı şərdən xilas etmək,eləcə də baharı və bol ili qarşılamaq üçün istifadə edir. İsveçdəki Alp dağlarında keçirilən Xizək üzrə Dünya çempionatında nəhəng mifik heyvan paltarı geymiş altı nəfərdən ibarət qrup oştirak edib.

"Biz burada hər idmançını və hər idmanı dəstəkləyirik”, Sloveniyadan olan turist Nino Horvat deyir.

Lakin kim bilir. Bəlkə elə bu zənglər onların həmyerlisi İlka Stuheçi qadınlar arasında qızıl medal qazanmağa kömək edən qədim Slovak ruhunu oyadıb.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ