SON DƏQİQƏ

Kələmin arasında 30 milyon...

Tarix:14-02-2019, 10:47

Rusiya vətəndaşı, Dağıstanda yaşayan Nurmaqomed Karanayev Bakıda mühakimə olunub. Fevralın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə ona 7 il həbs cəzası verilib. Səbəb isə onun idarə etdiyi maşında Azərbaycandan 29 milyon 980 min rus rublu (528 min 191 dollar) aparılmasıdır.

N.Karanayev yük maşınının sürücüsüdür, «Best-Международные перевозки» şirkətində işləyib. Adətən Rusiyadan İrana və ya əksinə yük daşımaqla məşğul olub. Həmişə də tranzit kimi Azərbaycandan gedib-gəlib.

Dediyinə görə, sonuncu dəfə də Dağıstandan boş şüşə bankalar aparıb, geri qayıdanda isə şirkətin tapşırığıyla İranın Astara şəhərindəki «Pəyanə» terminalında yük maşınına gül kələmi yüklənib. N.Karanayev o yüklə Azərbaycandan çıxanda Xaçmaz Gömrük İdarəsinin Samur gömrük postunda saxlanıb. Maşına baxış zamanı kül kələmindən ibarət yükdən başqa, 30 milyona yaxın rus rublu da tapılıb. Buna görə N.Karanayev həbs edilib, ona qarşı CM-in 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

N.Karanayev özünü qismən təqsirli bilib. Deyib ki, pulu əmisinin xahişi ilə onun tanışından götürüb, onun dediyi adama çatdırmaq üçün aparırdı. Onun sözlərinə görə, «Samur» gömrük postunun ərazisinə çatmamış əmisi Umar Rusiyadan zəng edib deyib ki, gömrükdə bir nəfər yaxınlaşıb, çantalar, əşya və bir az da pul verəcək: «Dedi ki, həmin əşyalar Rusiyada sahibinə çatmalıdır. Gömrükdə maşın rentgen aparatından keçəndən sonra bir nəfər yaxınlaşıb bildirdi ki, əmimin dediyi adamdır. Dörd çanta verib dedi ki, içində pal-paltar, bir az da pul var. Mən yetim böyümüşəm, əmim Umar mənə atalıq edib. Onun sözü və tapşırığı mənim üçün qanundur. Ona görə də etiraz etmədim. Həmin adamın adını da soruşmadım. Xarici görkəmindən dağıstanlıya oxşayırdı. Çantaları aldım, amma içində həddindən artıq pul olduğunu düşünmürdüm».

N.Karanayev bildirir ki, hazırda Dağıstanda yaşayan əmisi dindirilsə, onun dediklərinin doğru olduğu ortaya çıxar. Əmisi Dağıstanda yaşayır.

Amma məhkəmə onun əmisini çağırıb dindirmədi.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ