SON DƏQİQƏ

'Orta Azərbaycan ailəsi ildə toylara 4 min manat xərcləyir'

Tarix:7-11-2017, 12:56

 AİLƏ BÜDCƏSİ VƏ «TOY KARUSELİ»

Azərbaycan ailələrinin çoxunda «ailə büdcəsi» məsələsinə ciddi yanaşılmır. Ailə büdcəsi hazırlamaq yumorla qarşılanır. Amma müəllifi bunu son dərəcə ciddi məsələ sayır. Alman, fransız, yapon, İsveç xalqlarının həyatından nümunələr gətirir:

«Kasıba əl tutmaq, zəkat vermək, qurban kəsmək, sədəqə paylamaq, yaşlı valideynin bütün qayğılarını çəkmək ailənin yazılmayan qanunlarıdır. Evin qazanan əli himayəsində kim varsa, hamısının xərcini çəkməlidir».

Yazıda vurğulanır ki, bəzi adətlər ailə büdcəsinə zərbə vurur. Bu sırada toy və hüzr məclislərinin adları çəkilir:

«Onlar ağır biyar kimi ailə büdcəsini elə dağıdır ki, bunu düşmən belə, istəsə edə bilməz. Toy və hüzr məclisləri ailə büdcəsinə divan tutur. Hətta o dərəcədə ki, həmin mərasimlərdən sonra illərlə özümüzə gələ bilmirik».

Müəllifin fikrincə, şadlıq sarayları toy qiymətlərini elə düzüb qoşur ki, toy sahibi ancaq xərclərlə başabaş qurtarmağı arzu edir. Yazıda vurğulanır ki, sonra isə toyuna çağırdığın şəxslərin toylarına getmək də var. Odur ki, bu zəncir qırılmır ki, qırılmır.

Müəllif yazır ki, orta səviyyəli Azərbaycan ailəsi ildə toylara təqribən 4 min manata yaxın vəsait xərcləyir.

Yazıda vurğulanır ki, hüzr məclislərində də izafi xərclərə yol verilir.

Müəllif hesab edir ki, təmtəraqlı hüzur mərasimləri islam adət-ənənələrinə də ziddir.

Yazıda bildirilir ki, bütün bu xərclər ailənin dincliyini, istirahətini, hətta gələcək planlarını belə əlindən alır.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ