SON DƏQİQƏ

Deputat:“O dövrün 50 min manatı 20 dollara yaxın idi”

Tarix:22-10-2018, 11:13

Ölkənin ərazi bütövlüyü uğurunda döyüşlərdə həlak olan insanların bəzilərinin ailə üzvlərinin birdəfəlik ödəniş ala bilməmələrini söyləmsi başa vurmağda oldğumuz həftədə Azərbaycanda ən çox müzakirə olunan məsələlərdən biri oldu. Bu məsələ Milli Məclisdə də gündəmə gəldi.

Dövlət Sığorta Kommersiya Şirkəti ("Azərsığorta") isə öz növbəsində bir neçə gün əvvəl yaydığıaçıqlamada həmin ailələrin səsləndirdiyi iddianın doğru olmadığını vurğuladı:

"1991-1997-ci illərdə hərbi xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların varislərinə ödəniş daha əvvəl edilib. Həmin dövrdə "Hərbi qulluqçuların dövlət icbarı şəxsi sığortası haqqında” qanununa əsasən, varislərə 50.000 – 200.000 manat məbləğində sığorta ödənişi həyata keçrilib. Sığorta ödənişi məbləğləri hərbi qulluqçuların varislərinin adlarına Əmanət Bankında olan hesablarına köçürülüb...”.

Hüquqşünas, deputat Fazil Mustafa ilə əlaqə saxlayaraq bütün bunlara onun münasibətini öyrəndik.

Fazil Mustafa Milli Məclisdə də məsələni gündəmə gətirdiyini xatırladaraq bunları dedi:

"Kimsə şəhid olubsa, prezidentin fərmanında nəzərdə tutulan 11 min manat verilməlidir. Həm də 11 min manat yüngülləşdirici hal kimi qəbul olunubsa, bunun geriyə qüvvəsi var və təsdiqlənə bilər. Əvvəllər 50 min manat alan şəhid ailələrinə heç olmasa bu məbləğin 70 faizi təkrar verilməlidir, ən azı yarısı. Çünki o dövrün 50 min manatı 20 dollara yaxın idi. Bu isə ödəmənin mənasına gəlmir. Həmin vaxt dövlətin imkanları indiki kimi deyildi. Buna görə də həmin vəsaiti şəhid ailələrindən əsirgəməməlidirlər”

Fazil Mustafa
Fazil Mustafa

Fazil Mustafanın sözlərinə görə, Milli Məclisdə bununla bağlı ciddi iş gedir, onların bütün sınədlıri yoxlanılır.

" Ola bilsin ki, yaxın zamanlarda qanunvericilik təşəbbüsü ilə çıxış edilsin ki, bu insanlara da eyni vəsait verilsin”


Xatırlatma

Azərbaycan prezidenti 2018-ci il aprelin 19-da 1997-ci il avqustun 2-nə kimi Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilən hərbi qulluqçuların vərəsələrinə 11 min manat birdəfəlik ödəmə həyata keçirilməsi barədə fərman imzalayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə oktyabrın 9-dan sənədlərin qəbuluna başlayıb.

Oktyabrın 16-da Azərbaycanın ərazi bütövlüyü uğurunda döyüşlərdə həlak olan insanların ailə üzvlərindən bir qrupu birdəfəlik müavinət ala bilmədiklərindən şikayətləniblər. Onların demələrinə görə, həlak olan yaxınlarının soyadını, adını və atasının adını uyğun sayıta daxil edəndə sığorta ödənişinin həyata keçirildiyi barədə informasiya ilə qarşılaşırlar. Bəzilərinin qeyd etməsinə görə, isə eyni cavabı sığorta şirkətinin yerli filiallarında alıblar.

Şikayətçiləri Milli Məclisin bir neçə deputatı da qəbul etmişdi.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də açıqlama vermişdi. Həmin açıqlamada isə bildirilirdi ki, şikayətçilərin bəzilərinə sığorta pulu verilib. Bəzi şikayətlərlə bağlı isə araşdırmalar davam edir.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ