SON DƏQİQƏ

“Zamirə Hacıyeva məsələsində maliyyə amnistiyasından söhbət gedə bilməz”

Tarix:16-10-2018, 16:46

Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın Londonda xərclədiyi milyardlarbir neçə gündür ki, dünya mediasının diqqət mərkəzindədir. Z.Hacıyeva olayı ilə bağlı baş verənlər Azərbaycanda maliyyə amnistiyası ilə bağlı məsələni yenidən gündəmə gətirib. 

İndiki situasiyada, dövlət büdcəsini talayanlarla bağlı belə bir amnistiyanın elan edilməsi nə dərəcədə doğru olar? Ümumiyyətlə, maliyyə amnistiyası kimlərə tətbiq edilməlidir?
Açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu belə bir addımı məntiqli hesab etmədiyini vurğuladı:

"Hazırkı situasiyada maliyyə amnistiyası ilə bağlı məsələyə baxmaq qətiyyən doğru olmaz.Maliyyə amnistiyası o deməkdir ki, artıq Azərbaycanda dövlət səviyyəsində həyata keçirilən oğurluğa tamamilə "yaşıl işıq” yandırırsan ki, hər şey qanuni olsun. Hansı maliyyə amnistiyasından söhbət gedə bilər? Onun əri Milli Banka 8 milyard dollar ziyan vurdu. C.Hacıyevə isə 5-6 il həbs verdilər. Sonradan məlum oldu ki, oğurladığı pulları həyat yoldaşı Londonda havaya sovurub. 
Bu məsələlərdə amnistiyadan söhbət gedə bilməz. Hətta başqa cinayətlərdə də amnistiya ağır cinayətlərə tətbiq olunmur. Dövlətə milyardlarla ziyan vuranlarla bağlı maliyyə amnistiyası vermək olmaz. Maliyyə amnistiyası müəyyən iş adamlarına, vergidən yayınanlara və s-yə tətbiq oluna bilər. Amma dövlət büdcəsini talayanlara, ölkəyə iqtisadi zərbə vuran adamlara belə bir amnistiya vermək olmaz”.
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ