SON DƏQİQƏ

“Sahibsiz küçə itlərinin insanların gözü qarşısında güllələnməsi yolverilməzdir”

Tarix:6-09-2018, 11:56

Heydər Əliyev Fondu və Bakı şəhər İcra Hakimiyyətinin sahibsiz itlərlə bağlı görülən işlərin təkmilləşdirilməsinə dair birgə layihənin təqdimatı keçirilib. Layihə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilir. Məlumatda bildirilir ki, Balaxanı qəsəbəsində sahibsiz küçə itlərinin sığınacaq mərkəzində yenidənqurma işləri həyata keçiriləcək və bundan başqa mərkəzdə tibbi müayinə üçün hər bir şərait yaradılacaq. Gələcəkdə mərkəzə 30-dan 50-dək sahibsiz itlərin tutulub gətirilməsi planlaşdırılır. 


Sosioloq Əhməd Qəşəmoğlu açıqlamasında sahibsiz itlərlə bağlı görüləcək işlərin təqdirəlayiq olduğunu bildirdi:

"Sahibsiz itləri təbii ki, küçələrdən yığmaq lazımdır, yəni şəhərdə belə itlərin olması təhlükəlidir. Çünki tez-tez bu itlər uşaqlara və hamilə qadınlara hücum edərək ağır fəsadlar törədə bilərlər. Digər tərəfdən bu itlər bəzən bilinmədən quduzlaşa bilirlər, insanlara hücum edirlər. Hava qaralanda sahibsiz küçə itləri daha təhlükəli olur. Dünyada sahibsiz küçə itləri ilə bağlı qaydalar var və o qaydalara uyğun olaraq onlar saxlanma mərkəzlərinə aparılmalıdır. Əvvəllər belə itləri küçələrdə güllələyirdilər, amma bu da doğru addım deyil, çünki insanların gözü qarşısında bunu etmək onların psixologiyasına mənfi təsir göstərə bilər. Küçə itlərinin ömrü boyu qayğısına qalmaq da çətindir, çünki onlara çoxlu qida vermək lazımdır. Bunun üçün dünyada küçə itləri ilə bağlı mərkəzlərlə məsləhətləşib addımlar atmaq doğru olardı”. 
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ