SON DƏQİQƏ

Diplomu pulla alıb alim olan, hakim olan,

Tarix:15-08-2018, 10:37

Ara-sıra qələmini satirik hekayə və şeir janrında sınayan  keçmiş xarici iqtisadi əlaqələr naziri Qüdrət Quliyev özünün "Facebook” səhifəsində bəşəriyyətin tərəqqiyə can atdığı bir dövrdə cəmiyyətimizi  geriyə, cəhalətə sürükləyən məxluqları hədəfə alan yeni şeirini paylaşıb. 


Basıb hər yeri yaman milli olan zırramalar,
Zatı başdan ayağa özgə, yalan zırramalar,
Dogma dildə qanmağa, anlamağa aciz ikən, 
Əcnəbi dildə itiylə danışan zırramalar.
Diplomu pulla alıb alim olan, hakim olan,
Dildə pərgar, işdə avarə olan zırramalar.
Fəth edərkən Günəşi, kosmosu elmi inqilab,
Tarlada traktoru təbliğ edən zırramalar.
Dünya əhli savadıyla duyur ikən iftixar,
Malı-mülkü, maşınıyla öyünən zırramalar.
Cah-cəlal aludəsi, qarın qulu, müftəxoru,
Bir-biriylə yarışa çıxıb bizim zırramalar.
Kasıbın zalımı olmaqdan özün ali bilən,
Yetimin çörəyinə, haqqına qənim kəsilən,
Vətən övladını üçüncü- filan sortda görən,
İnsan haqları üzrə "alim" olan zırramalar.

Qüdrət Qulu
13 Avqust, 2018”.
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ