SON DƏQİQƏ

Toylarımızdakı qəfil ölümlər – Allahın SON XƏBƏRDARLIQLARINDANDIR...

Tarix:9-08-2018, 13:42

Gələcək ailələrimizin-nəsillərimizin bünövrəsini haramçılıq üzərində qururuqsa, heç bir şikayətə haqqımız yoxdur...

Son illər və xüsusən, son aylar müsəlman ölkəsi  sayılan Azərbaycan toylarında elə toy sahiblərinin, yaxud  qonaqların rəqs etdiyi və ya masa arxasında əyləşdiyi yerdə dünyasını dəyişməsi haqda xəbərlər sürətlə artmaqdadır. Bunun səbəbini həkimlərdən soruşsan, sırf tibbi, fizioloji səbəblərlə bağlayacaqlar. Yəni insanların həddən artıq yeyib-içməsi, alkoqollu içkilər qəbul etməsi, gündəlik həyatda yaşadıqları problemlərdən yaranan psixoloji gərginlik, əsəb, stres və s. Təbii ki, bunlar da gerçəklikdir. Amma sual olunur ki, belə gözlənilməz ölüm halları niyə məhz toylarda baş verir. Odur ki, burada ruhi-mənəvi səbəblər də axtarmaq lazımdır...

Toylar - keçmişimizdən üzü bəri bizim bir ümmət, millət və xalq olaraq bu dünyadakı genetik yaşamımızın bünövrəsini qoyan əsas həyati hadisədir. Və Allah Peyğəmbərimiz(s),  Quranımız və bütövlükdə dinimiz İslam vasitəsilə  bu çox vacib mərasimin də qayda-qanun və prinsiplərini müəyyən edib və göstərib. Lakin gəlin görək, xüsusən, son 60-70 ildə Azərbaycan əhalisinin neçə faizi öz övladlarının –gələcək nəsil davamçılarının toylarında, eləcə də digər şadlıq mərasimlərində bu qayda- qanunlara əməl edib və edir?..  


Şənliklərimizdə, evlilik mərasimlərindəki halal-haram prinsipləri və onlara riayət etməməyin fəsadları  haqda 2017-ci ildə "Toylarımız Azərbaycanı Allahın qəzəbinə gətirir” (http://moderator.az/news/167501.html) və "Toylarımızda Allaha üsyan edirik” (http://moderator.az/news/167565.html ) başlıqlı  silsilə yazılarımızda ətraflı məlumat vermişik deyə, bu dəfə bir neçə kəlmə ilə kifayətlənmək istərdik...  

Toylarımızın böyük əksəriyyətində keçmişlərin ərəb  cahiliyyəsi və  çağdaş dövrümüzün Avropa, Amerika cəmiyyətlərindəki kimi yad, naməhrəm kişi-qadınların biri-birinə qarışıb əcaib, aqressiya və şəhvət hissləri oyadan mahnı və musiqilər altında rəqslər etməsi,  gəlinlər –gələcək Azərbaycan(!) anaları(!)  özləri başda olmaqla qız və qadınların yarıçılpaq qiyafələrdə  ortalıqda meydan sulaması bir yana, haram içki və qidalar masalarımızın "bəzəyi”nə çevrilib. Bir sözlə, gələcək ailələrimizin bünövrələrini haramçılıq üzərində qururuq... 

Şənlik mərasimlərində ölənlərin əksəriyyəti də haram içkilər, yəni araq, konyak, pivə qəbul etmiş şəxslər olur... Odur ki, əgər belə haramçılığa adət etmişiksə və Allahın əmrlərini qulaq ardına vuraraq bunu tərgitmək fikrində deyiliksə, belə qəfil ölümlərə də, eləcə də bu cür toylarla ailə quran cütlüklərin övladlarının anadangəlmə şikəst, xəstə doğulmasına da adət etməliyik... 

Və dərindən Quran və hədislər məntiqi ilə düşünsək, son illərdəki bir çox bədbəxt, faciəvi olaylar kimi şadlıq mərasimlərindəki qəfil ölümlər də Yaradanımızın Onun yoluna qayıtmağımıza çağıran bir xəbərdarlığı və insanlığın bu cür kütləvi mənəviyyatsızlıq, əxlaqsızlıq girdabına yuvarlanmaqda davam edəcəyi halda Qiyamət gününün tezləşməsi əlamətləridir... Peyğəmbərimiz(s) hədislərində buyurur ki, zinakarlıq, şərabxorluq, sələmçilik artan məmləkətlərdə qəfil ölüm və zəlzələlərin də sayı çoxalar... 
Gənclərimiz də, onlara toy etməyə hazırlaşan hər bir ata-ana da deyilənlər haqda dərindən-dərinə düşünsə, yaxşıdır...
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ