SON DƏQİQƏ

Quş hara, komediya hara?

Tarix:2-08-2018, 14:01

Azərbaycan və Türkiyə arasında quşlarla bağlı müştərək "Milyonluq quş” komediya filmi çəkilib. Artıq avqust ayının 17-də filmin ekrana çıxarılacağı gözlənilir.

bu barədə haberler.com saytı məlumat yayıb. Mənbənin yazdığına görə, çəkilişləri həyata keçirən Artlemma şirkətinin məqsədi türk xalqının ən çox maraqlandığı və görmək istədiyi quş növünü ortaya çıxarmaq olub.

Məlumatda bildirilir ki, Avropa, Asiya və Afrika qitələri arasında bir körpü rolunu oynaması Türkiyəyə hər il təxminən 485 quş növünün köç etməsinə səbəb olur və bunların 394-ü mütəmadi olaraq gəlir. Araşdırma şirkəti "Big Cat Research” 12 ildə 1732 nəfər arasında keçirdiyi anket sorğusunda 68 faiz səs çoxluğu ilə türk xalqının ən çox görmək istədiyi quşun Flaminqo olduğu ortaya çıxıb.

Bu aspektdən çəkilən filmdə həmçinin Anadoluda "allı durna” adlandırılan Flaminqolardan da bəhs olunur və göstərilir ki, bu quşlar hər il Duz gölünün cənubunda Eskil qəsəbəsinə gəlir.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ