SON DƏQİQƏ

Dərgi - Buludlar niyə ağ rəngdədir?

Tarix:31-07-2018, 12:35

Buludlar niyə ağ rəngdədir? Tonlarla agırlığı olan buludlar havada necə asılı qalırlar? Buludlarda yaşayan canlılar varmı? Bəzi buludların altı niyə düppədüz görünür?

Buludlar niyə ağ rəngdədir?

Buludlar hava və sudan ibarətdir: hər ikisi də şəffaf olduğu üçün işığı cəkə bilməzlər.

Bu səbəbdən ağ rəngdə görünmələri maraqlı gələ bilər. Lakin bu suyun bir hissəsi kiçik zərrəciklər halında dağılıb.

Bu səbəbdən də işıq buludun içinə bir neçə metr girə bilər, amma sonda bir damlaya toxunacaq.

Bu vəziyyətdə işıq dağılır və istiqaməti bir az dəyişir. Sıx bir buludda hər bir işıq zərrəciyi çox sayda damlaya toxuna bilər.

Nəticədə bunların hər biri girdiyi yerə yaxın bir nöqtədən çölə atılır. Yəni buludun rəngi əslində işığın ona verdiyi rənglərin qarışığıdır.

Gün işığı ümumiyyətlə ağ olduğu üçün biz buludları ağ rəngdə görürük. Amma qürub çağı və ya gecə işıqlandırılmış şəhərlərdə buludlar ağ rəngdə olmur.

bulutFotonun müəllifiGETTY IMAGES

Tonlarla bulud havada necə asılı qalır?

Məlum bir yüksəklikdə hava soyuduğunda buxar sıxlaşaraq su damlalarına çevrilir və buludları yaradır. Bu damlalar havadan daha sıx olduğu halda, çox kiçik olduqlarına görə sürətlə deyil, çox yavaş düşürlər.

Orta hesabla bir bulud bir kubmetr üçün sadəcə 0,5 qram su təşkil edir. Bu su kiçik zərrəciklər halında qaldığı müddət ərzində yerdən qalxan isti hava ilə bulud havada qalmağa davam edir.

Zərrəciklər birləşib lazımi böyüklüyə çatdığında isə yer cazibəsinin təsiriylə yağış halında yerə düşür.

Buxarlaşan suyun havaya yüksəlmə səbəbi isə yüngül olmasıdır. Hava azot və oksigen qarışığından ibarətdir və bir kubmetr havanın sıxlığı 1,225 kiloqramdır.

Su buxarı molekulu isə bir oksigen və iki hidrogen atomu ilə daha çox yüngüldür. Ortalama tempratur və təzyiqdə bir kubmetrin sıxlığı 0,804 kiloqramdır.

Elə bu səbəbdən də buludların ağırlığı tonlarca olsa da havada asılı qalırlar.

bulutFotonun müəllifiGETTY IMAGES

Buludlarda yaşayan canlılar varmı?

Bəli var. İldə təqribən iki milyon bakteriya, 55 milyon göbələk və bol miqdarda alg (su yosunu) hava axını vasitəsiylə atmosferə qarışır.

Bu mikroskopik canlılar hava şəraitində mühüm rol oynayır. Buludlardakı su buxarının yağışa çevrilməsi onlar sayəsində daha tez həyat keçir. Yəni buludlarda həyat olmasaydı bu qədər tez tez yağış yağmayacaqdı.

bulutFotonun müəllifiGETTY IMAGES

Bəzi buludların altı niyə düppədüz görünür?

İsti hava yuxarı qalxarkən su buxarı kifayət qədər sərinləyib su damlası halında sıxlaşana qədər gözlə görülmür.

Onun çatdığı yüksəklik buludun alt hissəsini təşkil edir. Altdan davamlı olaraq hava ilə birlikdə su buxarının yüksəlməsiylə orada yeni bulud yaranıb düz səthi qoruyacaq.

Əvvəlcədən yaranmış bulud isə yuxarıya doğru qalxdığı üçün buludun üstü qabarıq görünür.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ