SON DƏQİQƏ

“Ümumiyyətlə, televiziyaların sədrlərindən tutmuş aşağıya qədər hamısı savadsızdır"

Tarix:11-01-2019, 14:18

"Telakanallarımızda baş verənlər-çatışmazlıqlar, nöqsanlar, eybəcərliklər haqqında gec-gündüz yazsaq, bitməz”

Bunu açıqlamasında sabiq millət vəkili, nasir Xeyrəddin Qoca deyib. X.Qoca bildirib ki, hər dəfə sosial şəbəkə səhifəsində aparıcılarımız tərəfindən dilimizin korlanmasını tənqid etsə də, nəticə çıxaran yoxdur:

"Ümumiyyətlə, televiziyaların sədrlərindən tutmuş, aşağıya qədər hamısı savadsızdır və bu Azərbaycan dilini bilməməkdən irəli gəlir. Efirlərdə küçə sözləri baş alıb gedir. Bilmirsən, bəzi verilişlərin aparıcıları, oxuculardan üzr istəyirəm, lotu-qədeşdirlər, yoxsa nədirlər? Savadsız, təfəkkürsüz, mədəniyyətsiz, Azərbaycan dilini bilməyənlər efirləri, ekranları zəbt ediblər. Telakanallarımızda baş verənlər-çatışmazlıqlar, nöqsanlar, eybəcərliklər haqqında gec-gündüz yazsaq, bitməz. İnsan təəccüb edir. Bu qədər savadsız və səviyyəsizlərin ekranlarda, efirlərdə nə işi var? 

Təzə söz öyrəniblər: "Yep-yeni”. Qardaş ölkə əhalisinin danışığından götürüblər. Bizdə "yeni” sözü var, "yep” sözü nədir bu sözün qabağına pərçim etmisiniz? Bəs, "ilk öncə” nədir? Azərbaycan dilində belə söz yoxdur. Savadsız reklamçılara və aparıcılara bir də deyirəm: "Diaqnostik mərkəzi” yox, "Diaqnostika mərkəzi” deyilməlidir. Ekranları, efirləri danışmağı öyrənmək üçün "məşq” yerinə çevirən gənc oğlan və qızlar insanlara nəsihət verməklə məşğuldurlar. Məsələn belə: "Hava soyuq olacaq, qarderobunuzdan qalın paltar götürün, geyinin”. Bir nəfər Azərbaycan dilini bilən adam televiziyada işləmir”. 
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ