SON DƏQİQƏ

“Faizlər yüksək olduğu üçün vətəndaşlar yeni iş yerləri aça bilmir” – Siyavuş Novruzov

Tarix:31-05-2018, 14:30

"Dövlət büdcəsinin icrasına parlamentin nəzarətinin artırılması üçün addımlar atılmalıdır”.

"APA-Economics” xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında "2017-ci il üçün dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Əli Məsimli deyib.

Ə. Məsimli qeyd edib ki, bankların istehsalla bağlı sahələrə kredit verməsi üçün stimullaşdırıcı tədbirləri çoxaltmaqla qeyri-neft sektorunun səmərəliliyini artırmaq olar.

Millət vəkili Siyavuş Novruzov bank kreditləri üzrə faizlərin 2017-ci ildə də çox yüksək olduğunu deyib: "Faizlər yüksək olduğu üçün vətəndaşlar yeni iş yerləri aça bilmir. Bu da kiçik və orta sahibkarlığın yaranmasına imkan vermir. Əgər faizlər aşağı olsa, sahibkarlıq hesabına dövlət büdcəsinə əlavə vergi daxil olar”.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ