SON DƏQİQƏ

Qızqaçırma adam oğurluğudurmu? - POLEMİKA

Tarix:26-05-2018, 20:14

Ötən gün  Milli Məclisin (MM) Dini qurumlar və ictimai birliklər komitəsinin sədri, deputat Siyavuş Novruzov evlənmək məqsədilə qız qaçırılmasına görə Cinayət Məcəlləsinin insan oğurluğu maddəsinin tətbiq edilməsinə etiraz edib.

 

MM-də keçirilən ictimai dinləmələrdə S.Novruzov bildirib ki, ailə qurmaq məqsədilə qız qaçırılması ilə insan oğurluğu tamamilə fərqli hallardır və qanunvericilikdə bunun eyniləşdirilməsi düzgün deyil:

"Bir var tamah məqsədilə insan qaçırır, cinayət törədir, bir də var iki şəxs bir-birini sevir, ailələr razı olmur, bu səbəbdən oğlan qızı qaçırır. Bunun ikisinə də eyni cəzanın tətbiq edilməsi düzgün deyil. Biz dəyişiklik edib, bunu qanunvericilikdə fərqləndirməliyik”.

 

Maraqlıdır, bu maddə qanunvericilikdən çıxarıla və ya dəyişdirilə bilərmi?

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat  Çingiz Qənizadə açıqlamasında deyib ki, qız qaçırmaq cinayət qanunvericiliyində adam oğurluğu kimi tövsif olunub və ağır cinayət hesab edilir:

 

"Bu cinayətə görə məhkum olunan şəxslərə məhkəmələr tərəfindən daha ağır cəzalar təyin olunur. Bir hissədə adam oğurluğunun  pul, maddiyyat mənaları varsa, digərində isə başqa hərəkətlər nəzərdə tutulub. Bütün hallarda insan azadlıqdan qanunsuz olaraq məhrum edilir, yəni oğurlanaraq başqa yerdə saxlanılır. Bu baxımdan  qız qaçırmaq adam oğurluğu maddəsi ilə tövsif olunur  və biz bunu dəyişməmiksə, təkzib edə bilmərik”.

 

Ç.Qənizadə deyib ki, qız qaçırmaqla bağlı sanksiyaları dəyişmək mümkündür:

"Əgər  qız qaçırıldıqdan sonra onun kim tərəfindən qaçırılması və qıza qarşı  hər hansı qanuna zidd hərəkətlər edilməyibsə, müəyyən danışıqlar nəticəsində qızın da qaytarılması  mümkündürsə, o zaman tamah məqsədilə oğurlanmış adamlara görə cinayətkarlara verilən cəzanın həddi dəyişdirilməlidir.

Bu halda əvvəlkilər kimi 10-12 il həbsli cəza deyil, 4-5 il illə kifayətlənmənin tərəfdarıyam. Bu epizoda görə sanksiyanın dəyişdirilməsindən söhbət gedə bilər. Lakin bunu da kifayət qədər araşdırmaq lazımdır. Azərbaycanda qız qaçırma  vaxtilə milli adət halında olub, sonralar qanun bunu qadağan edib. Ona görə də araşdırılmalıdır ki, sanksiyanın azaldılması gələcəkdə bu halların çoxalmasına təsir ed’ bilər ya yox. edə bilər ya yox. Bunu da kortəbii etmək olmaz”.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ