SON DƏQİQƏ

Bu qan qrupuna daxil olan insanlar ağır zədə aldıqda daha tez ölür - ARAŞDIRMA

Tarix:14-05-2018, 13:17

tədqiqatı Tokio tibbi stomotoloji universiteti  yanında xəstəxananın yapon alimləri aparıb.

Alimlər daha çox hansı qan qrupuna aid olan insanların ağır zədələr aldığı zaman öldüklərini aydınlaşdırıblar. Bunun üçün onlar 1000 nəfərin tibbi göstəricilərini və xəstəlik tarixlərini öyrəniblər. Sonunda tədqiqatçılar bu nəticəyə gəliblər ki, birinci qan qrupu olan insanların ağır zədə aldıqları zaman ölüm risqi, o biri qan qruplarını daşıyan insanlarınkından üç dəfə yüksəkdir.

Belə ki, birinci qan qrupu olan insanların ölüm ehtimalı 28 faizə bərabərdir. Başqa qan qrupuna aid olan insanlarda bu göstərici iki dəfə yarım azdır.

Tədqiqat müəlliflərinin rəyinə görə buna səbəb birinci qrup qanda qlikoprotein plazmanın  aşağı olmasıdır. Bu da qan itkisində özünü göstərir.
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ