SON DƏQİQƏ

Seks aludəçiliyi mümkündürmü?

Tarix:13-05-2018, 00:36

Amerikalı yazıçı Mark Twain siqareti tərgitməyin asan olduğunu bildirib - o bunu 100 dəfə edib.

Cəmiyyət olaraq biz nikotin, spirtli içki və narkotikaya aludəçiliyin və onların sağlamlığa vurduğu ziyanın mövcud olduğunu qəbul edirik.

Lakin seksə gəldikdə bəzi ekspertlər bu aludəçiliyin real və ya mif olduğu barədə mübahisə edirlər.

Seks aludəçiliyi ilə bağlı hazırda kliniki diaqnoz olmadığı üçün nə qədər insanın bu problemdən narahat olduğunu bilmirik.

Seks və ya porno aludəçiliyindən əziyyət çəkdiyini düşünən insanlar üçün olan sayt Britaniyada 21 000 insan arasında sorğu keçirib.

Onlardan 91 faizi kişi olub və onlardan da yalnız 10 faizi həkimdən kömək istəyib.

Seks aludəçiliyi Psixi Pozğunluqlara dair Diaqnostik və Statistik kitabçanın son 2013-cü il buraxılışına daxil edilmək üçün nəzərdən keçirilsə də, dəlil çatışmazlığına görə rədd edilib.

Lakin "kompulsiv seksual davranış" hazırda Xəstəliklərin Beynəlxalq Klassifikasiyası (İCD) kitabçasına daxil edilmək üçün təklif edilib. Bu, Dünya Səhiyyə Təşkilatı tərəfindən hazırlanır.

hands on computer keyboardFotonun müəllifiSCİENCE PHOTO LİBRARY
Image captionAraşdırmaçılar müəyyən ediblər ki, porno izləyən "seks aludəçilərinin" beyin fəaliyyəti narkotika aludəçilərinə bənzərdir

2014-cü ildə dərc edilmiş araşdırmaya görə porno izləyən "seks aludəçilərinin" beyin fəaliyyəti narkotika aludəçilərinə bənzərdir.

Seksə aludəçiliyin hazırda heç bir rəsmi tərifi yoxdur.

Bu, tamamilə kiminsə psixoloji asılı aolub-olmamsından, əlindən alındığı zaman fiziki təhlükə yaranıb-yaranmayacağından asılıdır. Bunu nəzərə alsaq seks "aludəçilik ola bilməz", Açıq Universitetin (Open University) əməkdar professoru Dr Frederick Toates deyir.

Lakin o, bunun üçün daha geniş izahın lazım olduğunu düşünür.

"Mükafat axtarmaq"

Dr Toates deyir ki, aludəçiliyi şərtləndirən iki əsas amil var: mükafat və ya zövq axtarmaq və bu davranış ətrafındakı konflikt.

Bir çox ekspertlər inanır ki, mükafat axtarışı aludəçiliyi obsessiv kompulsiv davranışdan fərqləndirir, baxmayaraq ki, nəzərəçarpan oxşarlıqlar da mövcuddur.

Aludəçi insanlar qısa müddətli qazanc axtarışında olurlar, hətta bu, uzun müddətli itkilərə səbəb olsa belə. Buna zidd olaraq obsessiv kompulsiv davranışı olan insanlar heç bir həzz almadıqları davranışlarla məşğul olurlar, o əlavə edir.

Biz hamımız həzz axtarışındayıq. Bəs adi həzz axtarışında olmağın aludəçilikdən fərqi nədir?

Psixoloq Dr Harriet Garrod hesab edir ki, adi davranış o zaman aludəçiliyə çevrilir ki, həmin davranış şəxsin özünə və ətrafdakılarına zərər yetirmək həddinə çatır.

Yemək və qumara aludəçilik diaqnoz edilə bildiyi halda sekslə bağlı vəziyyət fərqlidir. Çünki o, müddətdir ki, ictimai şüura hopub, o deyir.

Psixoloq Dr Abigael San düşünür ki, seksual davranışlar asılılıq kimi dəyərləndirilə bilər, lakin özlərini nəzarətdən çıxmış hesab edən insanlar üçün seks əsas problemlərdən sonra gəlir. Bu problemlər depressiya, təşviş və ya travma ola bilər. Bu halda seks sanki bu problemlərlə mübarizə mexanizmi kimi əhəmiyyətlidir.

red light districtFotonun müəllifiGETTY IMAGES

Seks aludəçiliyi mifdir?

Lakin heç də hər kəs seks aludəçiliyinin real olduğunu düşünmür?

Seks Aludəçiliyi Mifi kitabının müəllifi olan seks terapevti David Ley deyir ki, seks aludəçiliyi kimi tanınan davranışlar əslində əhval və təşviş pozğunluğunun simptomlarıdır və onların müalicəsinin mümkünlüyü ilə bağlı yetərincə dəlil yoxdur.

"Seks və ya masturbasiyanı alkoqol və narkotika ilə müqayisə etmək gülüncdür. İçkiyə aludə olmuş insanlar nəticədə ölə bilərlər", o deyir.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ