SON DƏQİQƏ

Niyə telekanallarımız Əhliman Əmiraslanovu və Rəşad Mahmudovu verilişlərinə dəvət etmirlər?!.

Tarix:7-05-2018, 15:02

Aqil Abbas: "Həmin dövrdə həkimlər haqqında yaxşı yazılar vermək və tərifləmək qadağan idi”
"Mən sovet höküməti dağılana qədər iki mətbuat orqanında yüksək vəzifədə çalışmışam. Həmin dövrdə həkimlər haqqında yaxşı yazılar vermək və tərifləmək qadağan idi”
 
Bunu açıqlamasında millət vəkili, yazıçı Aqil Abbas son zamanlar telekanallarımızda həkimlərin və dərman preparatların reklam olunmasına münasibət bildirərkən deyib. A.Abbas bildirib ki, belə reklamlar insanları çaşdıra bilər:

"Mən sovet höküməti dağılana qədər iki mətbuat orqanında yüksək vəzifədə çalışmışam. Həmin dövrdə həkimlər haqqında yaxşı yazılar vermək və tərifləmək qadağan idi. Məsələn, kənddə kimsə o yazını oxuyardı və  hamı o həkimin yanına gedə bilərdi və həmin həkim də səhv edə bilərdi. Sovet mətbuatına nəzər salsaq görərik ki, Azərbaycanın böyük həkimləri var. Məsələn, onlardan biri Adilə Namazova. Bu həkimlərdən çox nadir hallarda müsahibə alınardı. Bunu ona görə edirdilər ki, insanlar çaşmasınlar. Cavadzadə kimi Azərbaycanda həkim olub. Dünyanın indi elədiyi böyrək əməliyyatını o, o  vaxtı edib. Sovet mətbuatına nəzər salsaq görərik ki, Cavadzadə haqqında iki və ya üç məqalə çap olunub”. 


A.Abbas efirlərimizdə tum, kolbasa və araq reklamına da münasibət bildirib:

"Belə şeylərdə diqqətli olmaq lazımdır. Bütün günü telekanallarımızda dərmanları reklam edirlər. Bu gün saxta dərmanları qəbul edən o qədər insan ürək tutmasında dünyasını dəyişir. Çox maraqlıdır telekanallarımız öz verilişlərinə niyə Əhliman Əmiraslanovu və Rəşad Mahmudovu dəvət etmirlər. Əhliman həkim xərçəng xəstəliyi ilə mübarizə aparır. Rəşad həkim isə ürək köçürməsi ilə məşğul olan çox məşhur həkimdir. Siz görmüsünüzmü bu insanları bir dəfə efirə çağırılsınlar. Siz indiyə kimi görmüsünüzmü telekanallarda "Mercedes” markalı avtomobil reklam olunsun. Buna gərək yoxdur. Çünki hamı bilir ki, bu necə avtomobildir. Həkimlərin reklam olunması özəl klinikaların günahı deyil. Onlar nə bilsinlər ki, onun təqdim etdiyi həkim necə bir adamdı. Efirdə halal kolbasa reklam edirlər. Kolbasanın və arağın halalı-haramı olur? Gündə beş yüz dəfə telekanallarımız reklam edir ki, tum çırtlayın. Tum çırtlamağın özü mədəniyyətsizlikdi”.
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ