SON DƏQİQƏ

Prezident Erdoğan doğuma nəzarətlə bağlı: "Bizi illər boyu aldatdılar, müsəlmanlar çoxalmalıdır, ən azı 3 uşaq olmalıdır"

Tarix:7-05-2018, 13:25

Prezident Ərdoğan bazar günü nikah şahidi olaraq qatıldığı toyda doğuma nəzarəti tənqid edib "güclü millətlər güclü ailələrdən əmələ gəlir. Bizi illər boyu doğuma nəzarətlə aldatdılar" deyib.

Prezident Erdoğanın müğənni Alişanın və Buse Varolun toyunda dilə gətirdiyi bu sözlər sosial mediada da gündəm mövzusu oldu.

Bu ilk dəfə deyil ki, prezident Erdoğan doğuma nəzarətə qarşı mövqeyini ifadə edir.

Siyasi həyatı boyunca Erdoğan qadınların əhalinin planlaşdırılması və uşaq sahibi olmalarıyla bağlı fikirlərini dəfələrlə paylaşıb.

Onun fikirləri tərəfdarları tərəfindən dəstəkləndiyi halda qadın hüquqları müdafiəçiləri tərəfindən tənqidlə qarşılanıb.

Fotonun müəllifiGETTY IMAGES
Image captionQadın hüquqları müdafiəçiləri "Mənim Bədənim Mənim Qərarım" kampaniyasını başlatmışdılar.

"Abort cinayətdir, ən azı üç uşaq olmalıdır"

Recep Tayyip Erdoğan 2012-ci ildə baş nazir olduğu zaman da abortu "cinayətə" bənzədib və qadınlara "ən azı üç uşaq doğmalarını" söyləmişdi.

2012-ci il mayın 25-də İstanbulda keçirilən Beynəlxalq Əhali və İnkişaf konfransında bunları deyib:

"Qeysəriyyə əməliyyatı əleyhinə olan bir baş nazirəm. Abortu cinayət olaraq görürəm. Heç kimin buna icazə vermə haqqı olmamalıdır. Ya ananın qarnında bir uşağı öldürürüsünüz, ya da doğulandan sonra öldürürsüz. Heç bir fərqi yoxdur. Bunlara qarşı birlikdə hərəkət etməliyik".

Erdoğanın bu sözlərinə qarşı qadın hüquqları müdafiəçiləri "Mənim Bədənim Mənim Qərarım" kampaniyasını başlatmışdılar.

Recep Tayyip ErdoğanFotonun müəllifiAFP
Image captionRecep Tayyip Erdoğan 2012-ci ildə baş nazir olduğu zaman da abortu "cinayətə" bənzədib və qadınlara "ən azı üç uşaq doğmalarını" söyləmişdi.

"Qadın-kişi bərabərliyi fitrətə tərsdir"

Prezident Erdoğan tez-tez qadın-kişi bərabərliyi barədə də fikirlərini dilə gətirib.

2014-cü ilin noyabrın 24-də Qadın və Demokratiya dərnəyinin keçirdiyi Birinci Beynəlxalq Qadın və Ədalət Zirvəsində "qadın-kişi bərabərliyi fitrətə tərsdir" deyib.

"Qadınla kişinin təbiətlərinin, orqanizmlərinin fərqli olduğunu" ifadə edən Erdoğan qadınların "hüquq uğrunda mübarizəsinin bərabərlik anlayışına ilişib qalmasını və bununla da ədalət hissindən yan keçdiklərini" deyib.

Eyni nitqində Erdoğan "feministlərin analığı qəbul etmədiklərini" deyib:

"Bizim dinimiz qadına bir vəzifə verib, analıq vəzifəsi. Anaya bir vəzifə daha verib. Cənnəti ayaqlarının altına sərib. Atanın deyil, ananın ayaqlarının altına qoyub. Ananın ayağının altından öpmək olar. Mən anamın ayağının altını öpərdim, anam çəkinirdi, anacan ayağını çəkmə deyərdim, çünki burada cənnətin qoxusu var".

"Müsəlmanlar çoxalmalıdır, terror təşkilatı bu mövzuda həssasdır"

Erdoğan 2017-ci il noyabrın 10-da Beştepe-də İslam Əməkdaşlıq Təşkilatının təşkil etdiyi Gənc qadınlar Liderlik və Sahibkarlıq Proqramı tədbirində çıxışında müsəlman qadınlara uşaq dünyaya gətirmək barədə tövsiyə edib.

"Rəbbim, Peyğəmbərimiz nə deyib? Əmir çox aydındır. Nigah bağlayın, evlənin, çoxalın. Müsəlmanlar çoxalmalıdırlar. Bu mövzuda müsəlman qadınların həssaslığına güvənirəm. Terror təşkilatı bu mövzuda çox həssasdır. Ən azı 10-15 uşaqları var " deyib.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ