SON DƏQİQƏ

Hər yerdən qovulan Etibar Hüseynov indi feysbuka daraşıb, min hoqqadan çıxır…

Tarix:19-04-2018, 01:53

Azərbaycanda bir sifət var – Etibar Hüseynov sifəti. O sifətə el dilində desək, "sıfat” yazmaq daha çox yaraşar. Bir var insanın üzü ola, bir də var sifəti…

Amma ismin bütün hallarında E.Hüseynov bir "sıfat”dır. O sıfatı illərlə efirdən, sonra Milli Məclisin tribunasından görmüsünüz.

Və hər iki tribunada "xərc”lədikdən sonra qapını açıb "sıfat”ına bağladılar. Yəni, iş görün nə yerə gəlib çıxdı ki, parlament və "Lider” də bu sifəti görməkdən bezdi.

E.Hüseynov isə sifətin azaltma-çoxaltma dərəcələrinə uyğun olaraq, özünə bir yer tapmağa başladı: o yana – bu yana vurnuxdu, əlləşdi, gördü Hafiz Hacıyev qədər də nüfuzu qalmayıb, "daha bizə lazım deyilsən” söyləyirlər, onda feysbukda virtual qəhrəman olmaq üçün çırmandı. Sıfata bax, sıfata!

***

Bu həmin E.Hüseynovdur ki, ona deputat mandatı verəndə "kükrəyib” qarabağlıları təhqir eləmişdi. O vaxt ANS efirindən demişdi ki, köçkünlər Bakının mühiti korlayır.

Təbii ki, efirin də, parlamentin də, elə indi də feysbukun mühitini korlayan birisinin ağzından çıxan "otxod” sözlərin sahibinə baxmaq lazımdır, sonra sözə…

E.Hüseynov bu illər ərzində kimləri təhqir etməyib ki?! Düzdür, həmin ərəfədə qarabağlılardan üzr istədi. Ağzı nəydi eləməsin?!

Ancaq adama bircə dəfə mandat verdilər, onu da üzünə-gözünə bulaşdırdı. Bax belə-belə hər yerdən qovulan Etibar Hüseynov indi feysbuka daraşıb, min hoqqadan çıxır…

***

Nə edir? – cumhuriyyet.net-in sosial şəbəkə üzərindən kiçik reydi zamanı məlum olur ki, gah kommersiya firmalarına, gah orta ranqlı idarə müdirlərinə ilişir, gah da onlardan yazdıqlarını çox keçmir ki, silir(?)

Nə hikmətdirsə, E.Hüseynov özünə məşğuliyyət tapıb – feysbukda yazır, silir, yazır, silir…

Əslində, köhnə adətidir. Onun heç zaman öz sözü olmayıb, dedizdiriblər, üzr istədiblər, xərcləyiblər. Çünki E.Hüseynov "sıfatı”dır, üzü-üzlər görüb.

Ona görə də hər şeydən əli üzüləndən sonra, indi sosial şəbəkələrdə paylaşdıqlarını silib alver predmetinə çevirməkdədir. Sən nə yamansan, ay Etibar Hüseynov?!

***

Ümumiyyətlə, E.Hüseynov ictimai planda heç vaxt nə istədiyini bilməyən, hansı mövqedə dayandığını müəyyənləşdirməyən adam olub.

Onun "Lider”dəki çıxışları müxalifəti tənqid əvəzinə, özünün "sıfatı”nı göstərməyə, hakimiyyətin əleyhinə işləməyə xidmət edib.

Hakimiyyəti müdafiə etmək və müxalifətin nöqsanlarını göstərmək üçün daha tutarlı faktlar, daha yaxşı layihə təqdim edə bilərdi.

"Sitatın sonu” verilişi isə iqtidarın "yanan barmağına su tökmədi”. Və elə ki, həm efirdən, həm MM-dən silindi, feysbukda da hakimiyyəti müdafiə etmək fikrindən vaz keçdi.

Seçki ərəfəsində Avropadakı bir qrup mühacir tərəfindən iqtidara virtual hücumlar oldu, təhdidlər səsləndi, söyüşlü videolar yayıldı. E.Hüseynov "tükünü tərpətmədi”.

Əli Kərimlini ələ salmaq, mitinqləri lağa qoymaqla hakimiyyətin müdafiəsinə qalxmırlar.

Əgər iqtidarın rəhbərliyinə qarşı hədyanlar yağdıranlara cavab vermirsənsə, sənin fəaliyyətin nədən ibarət idi, Hüseynov?

Biz deyək, bilsinlər – ayrı-ayrı çinovnikləri, məmurları "vur”ub, sonra xahişləri icra eləməkdən…

***

Bu xüsusda E.Hüseynovun deputat olduğu dövrdə köməkçisinin həbsi yada düşür: İl 2013.

E.Hüseynovun İlqar adlı köməkçisinin Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən həbs edildiyi barədə məlumat yayılır.

Məlumata görə, deputatın İlqar adlı köməkçisi bir neçə vətəndaşı aldadaraq, dələduzluq yolu ilə onlardan külli miqdarda pul alıb.

Bu işdə köməkçisi olduğu deputat Etibar Hüseynovun adını çəkərək, onun vasitəsi ilə vətəndaşların dövlət qurumlarına aid məsələlərinə həll edəcəyinə dair vədlər verən İlqar bu vədinə əməl etməyib.

İlqarın ailəsi moderator.az-a  onun həbsini təsdiqləsə də, əlavə məlumat verməkdən imtina edib.

Hüseynov isə bildirib ki, seçki kampaniyası ərəfəsində deputatların ətrafında 100-ə yaxın nümayəndə olur:

"Onlar da seçki vaxtı fəaliyyət göstərirlər və proses bitdikdən sonra həmin şəxslərin gördüyü işlərə görə deputat məsuliyyət daşımır. Heç kəs cinayət törətməkdən sığortalanmayıb.

Sabah mənim köməkçim, sürücüm və ya övladım cinayət törədərsə, əlbəttə ki, buna mən məsuliyyət daşımayacam. Hər kəs qanun qarşısında bərabərdir”.

Deputat onu da əlavə edib ki, yaxın günlərdə yayımlanan "Sitatın sonu” verilişindən sonra bu cür çirkin kampaniyalar başlanıb:

"Mən elə proqram yayımlanmağa başlayanda demişdim ki, mənə qarşı şər-böhtan xarakterli kampaniyalar olacaq”.

Şər-böhtan ha, görün kim, nə deyir?! Daha şərhə ehtiyac yoxdur, sitatın sonu!!!

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ