SON DƏQİQƏ

Prezidentin müşavirəsində yatan icra başçısı: “Məni söyənləri Allaha tapşırıram”

Tarix:5-02-2018, 19:58

"Facebook-da bir qrup adamr məni təhqir edir. Onlara sözüm yoxdur, sadəcə olaraq, Allaha tapşırıram”. 

Bu sözləri  Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri, Şuşa şəhər icra hakimiyyətinin başçısı Bayram Səfərov sosial şəbəkələrdə barəsində gedən müzakirələrə münasibətində söyləyib. İcra başçısı bildirib ki, Azərbaycanda tənqidlə təhqirin fərqini bilməyən adamlar var: "O şəkli əlində bayraq etməklə, nə istəyirlər mənə də çatmır. İnsanları təhqir eləmək yolverilməzdir”.

Bayram Səfərovun məhkəməyə üz tutub-tutmamasına gəlincə, bildirib ki, bunu etməyəcək: "Vicdanlarına buraxıram”.

Qeyd edək ki, icra başçısının ölkə rəhbərinin müşavirəsində yuxulamasını əks etdirən görüntüləri mediada və sosial şəbəkədə geniş müzakirə mövzusuna çevrilib. Gununsesi.info

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ