SON DƏQİQƏ

İnam Kərimovun MADAR İŞÇİSİ: Fəda Abbasov... - Kəsdiyi başa sorğu-sual yoxdur...

Tarix:12-08-2020, 16:26

Son günlər yeni məmurların da özlərini "köhnə qaydada" hiss etdirmələri artıq adət halını alıb. Yəni burada məsələ, yenilərin harınlaşmasından gedir. Halbuki köhnə hakimiyyət eşalonu məhz bu kimi neqativlər səbəbindən yola salındı. Prezident İlham Əliyev də dəfələrlə çıxışlarında bəyan edib ki, məmurlar xalqın xidmətçiləridir. Amma görünəni odur ki, bəziləri özlərinə xalqı xidmətçi kimi gördüyündən hətta yeniləşən siyasətin tələbləri də onlar üçün önəm kəsb etmir. DİA.AZ-a belələrindən biri barədə informasiya göndərilib. Həmin materialı olduğu kimi təqdim edirik.

"Fəda Abbasov Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Daxili nəzarət şöbəsinin müdir müavini vəzifəsində işləyir. O, Kənd Təsərrüfatı Nazirliyində hər kəsi qorxu içində saxlamaq məqsədi ilə hamıya "nazirin yaxın qohmuyam” dəyərək "Qəmlo” ləqəbi ilə özünü tanıtmış və bu hərəkətləri ilə nazirlikdə fironluq etməkdə davam edir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı naziri, cənab İnam Kərimov "ASAN” Xidmətin rəhbəri işlədiyi dövrdə Fəda Abbasov da həmin Xidmətin Səyyar şöbəsində işləyirdi və həmin zamanlar da özünü nazirin yaxın qohumu kimi təqdim edərək rayonlara ezam olunurdu, onunla birlikdə ezam olunan işçiləri hədələyərək, onlardan ezamiyyət pulundan rüşvət tələb edir və ya yeyib-içmək almağa məcbur edirdi"- deyən mənbə dia.az-a bildirib ki, Fəda Abbasov hal-hazırda Kənd Təsərrüfatı Nazirliyində və Naziriliyin tabeliyində olan qurumlarda işləyən işçiləri hədələyərək onlardan rüşvət tələb edir, rüşvət verənlərə toxunmur, verməyənləri isə müxtəlif yollarla şantaj edərək işdən uzaqlaşdırır və başqa şəxslərdən rüşvət almaqla işdən çıxartdıqları şəxslərin yerinə işə düzəltdirir:

"Beləliklə, Fəda Abbasov qanunsuz yollarla əldə etdiyi pul vəsaitlərinin hesabına Bakı şəhəri Sabunçu rayonunun ərazisində yerləşən yeni tikili binaların birindən təmirli mənzil almış, habelə regionlardakı DAİM-lərin rəhbərlərini məcbur edərək, gəlir əldə etmək məqsədi ilə onların vasitəsi ilə xeyli ölçülərdə torpaq sahələri əkdirir, eyni zamanda Bakı şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olur.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ