SON DƏQİQƏ

Mətbuat Şurasından iclas oldu – bu saytlarla bağlı qərar verildi

Tarix:29-12-2017, 20:58

Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının 2017-ci ildə son iclası keçirilib.

Toplantını giriş sözü ilə açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.

 

İclasda müzakirə edilən ilk məsələ Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Samux rayon Təhsil Şöbəsinin məsul şəxsi Nurəddin Babayevin şikayəti olub. Şikayətdə jurnalist adından, vətəndaşların etibarından sui-istifadə halı diqqətə çatdırılıb. Komissiya bu məsələnin hüquqi müstəvidə araşdırılmasına və toplanmış materialların hüquq-mühafizə orqanlarına göndərilməsinə dair rəy çıxarıb.

 

Saatlı rayon Qıraqlı kənd sakini Azər Cahangirovun «azerinform» saytının əməkdaşı Surxay Cahangirovla bağlı şikayəti müzakirə edilərkən məlumat verilib ki, həqiqətən də barəsində narazılıq olan şəxs saxta jurnalist vəsiqəsindən istifadə edib. Bununla əlaqədar o, rayonun polis şöbəsinə çağrılıb, xəbərdarlıq olunub. Məsələ hüquqi müstəvidə araşdırılmaqdadır.

 

Dövlət Təhlükəsizlik Komitəsinin ehtiyatda olan zabiti Bahadur Qocayevin «Gununsesi.info» saytına qarşı şikayətinin müzakirəsi yekununda bu rəyə gəlinib ki, sayt tənqid obyektinin mövqeyini də işıqlandırmalıdır.

 

İclasda müzakirə edilən növbəti məsələ Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hirkan milli parkının «Realnewsinfo.com» və «Real media» saytlarına qarşı şikayəti olub. Bununla əlaqədar belə rəyə gəlinib ki, qarşı tərəfin hazırladığı təkzib materialı cavabdeh KİV-lərdə yayımlansın.

 

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi vəzifəsini icra edən Azər Süleymanovun «pia.az» saytına qarşı şikayəti ilə əlaqədar olaraq bildirilib ki, mübahisə doğuran yazı vaxtilə digər saytlarda yayımlanıb və təkzib edilib. Buna görə də həmin yazının «pia.az» saytından çıxarılması məqsədəuyğun sayılıb.

 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin bir qrup tələbəsinin «azerinfo.az» saytı ilə bağlı şikayəti isə tərəflər arasında barışıq əldə olunduğundan gündəlikdən çıxarılıb. 

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ