SON DƏQİQƏ

Azərbaycanlı, erməni, gürcü və dağıstanlını nə birləşdirir?

Tarix:30-10-2018, 23:07

Azərbaycan, Ermənistan, Gürcüstan və Dağıstandan olan jurnalistlər Vəfa Zeynalova, Armine Ağaronyan, Yana İsraelyan və Aida Mirmaksumova Qafqazda "özünü göstərmək" cəhdlərini və əlamətlərini araşdırıblar.

Bakı, Nizami küçəsiFotonun müəllifiVYACHESLAV PROKOFYEV

Azərbaycanlı kimi özünü göstərmək

Köhnə, hələ sovet vaxtlarından təmir olunmamış uşaq bağçası Bakının mərkəzindən uzaqda yerləşir. Binanın iki qolu var: birində uşaq bağçası hələ də fəaliyyət göstərir (açıq pəncərədən uşaq səsləri və tərbiyəçilərin tənbehləri gəlir). İkincisində isə artıq 25 ildir ki, qaçqınlar və məcburi köçkünlər yaşayırlar.

Həyət boyu qalın qaz boruları çəkilib. Boruların arasında daxmalar boy verir: adamların əllərinə nə keçib, onu tikinti materialına çeviriblər: tənəkə listlərindən, fanerdən, hətta köhnə qapılar da işə yarayıb.

Çınqıl tökülmüş sahədə toyuqlar gəzir, elə burada da iki cip maşını parklanıb.

- Ərim kreditə alıb, taksi sürür, - adını söyləmək istəməyən bina sakini, örtaboylu, saçlarını yaylıqla gizlədən, sadə ev geyimində olan qadın deyir. Əlavə edir ki, başqa qonşu kişilər də kreditlə belə bahalı maşın alıb taksiçilik edirlər.

Bu həyətin bir güncündəki vaqondakı "bir otaq" isə yenicə qurulmuş ailənin "mənzilinə" çevrilib. Gəlin bu mənzili cehizi ilə bəzəmək istəsə də, gətirdiyi yataq dəstini bura yerləşdirmək mümkün olmayıb: aslan pəncəsi formasında ayaqları olan dolablara yer çatmayıb.

"Kreditə sonuncu "iphone" almaq...

"Evdə tualetin qapısı yoxdur", amma kreditə bahalı avtomobil alırlar, sosial şəbəkədə bir istifadəçi yazır.

Yerli əhali obrazın stilistik ardıcıllığı və bütövlüyünə olduqca tələbkardır: kreditə sonuncu iphone alırsansa (Bakı mağazalarında İphone X 1780 manatdan 2100 manatadəkdir), o zaman metro ilə getmək ixtiyarın yoxdur - ancaq bahalı şəxsi avtomobilin olmalıdır.

Bahalı xarici avtomobilin isə ancaq yeni tikilidə əla təmirli evin varsa, mümkün ola bilər. Əks təqdirdə səni ictimai qınaq gözləyir.

"Bir qız tanıyıram, kirayə mənzildə qalır, üstəlik bir sürü qohumla, amma həmişə bahalı geyim, son model telefon alır, dəbli yerlərdə "çek in" edir. Yaxşı ərə getmək istəyir", - sosial şəbəkədəki başqa bir istifadəçi yazır.

Qohum-qonşudan toy-bayram üçün zinət əşyalarının götürülməsi də özünü göstərmək kimi hesab olunur. Ümumiyyətlə, qızıl və zinət əşyaları uğurlu olmağın və hörmətin əlamətidir.

"Toydan sonra məni görən sanballı tanış xanımlar mənə təəssüflə baxır və heç dəyişmədiyimi deyirdilər; bunun səbəbini heç anlaya bilmirdim.

Yaxın rəfiqəmin anası, çox hörmətli və gözəl xasiyyətli xanım bunu deyəndə, fürsətdən istifadə edərək soruşdum: Bunu mənə çoxları deyir, nəyi nəzərdə tutursunuz?" Məlum oldu ki, mən heç də qızıl zinət əşyaları taxmadığımdan "təzə gəlinə" oxşamıram. Yaxşı ki, dedi, yoxsa indiyə kimi nigaran qalacaqdım", - xanımlar qrupunun üzvü deyir.

"Başqasının qızılları ilə nişanlanmaq..."

qızıl üzüklərFotonun müəllifiZHANG PENG

"Yaxın tanışım ailə qururdu. Oğlan ortabab bir ailədən idi, amma özünü göstərməyi çox sevirdi. Qız da ona oxşadı. Toy günü oğlan evi gəldi, məclis başladı. Üzük və digər zinət əşyalarını taxmaq vaxtı çatanda gördüm ki, qızın xalası oğlan anasına yaxınlaşdı, yaylığa bürünmüş nəsə uzatdı. Fikir vermədim. Gəlini bəzədilər: dörd dənə boyunbağı, bütün barmaqlarda üzük, hər qola iki qolbaq taxdılar", sosial şəbəkələrdəki müzakirələrdə bir istifdəçi qeyd edir.

Onun əhvalatının davamı belədir: "Səhəri eşidirəm ki, qızın xalası anası ilə sözləşir: "Qızılları qaytar! Bütün məhlədən yığmışam, evə qayıda bilmirəm!" Xalası ilə buna görə araları dəydi. Sonradan qızdan bunu nəyə görə etdiyini soruşdum.

"İstədim, hamı görsün ki, qızıl-brilliantım boldur", - cavab verdi.

Zaman və zövq dəyişir, amma xrustal əşyaların və xalçanın olduğu ev bəzi ailələr tərəfindən hələ də varlı hesab olunur.

"On beş il olar ki, anam əməliyyat keçirmişdi, iş yoldaşları ona baş çəkməyə gələcəkdilər - sosial şəbəkədə xanım qrupunun üzvü danışır, - Bufetimizdə bahalı qab-qacaq yox idi. Anam qonşudan "Bogema" dəstini və bəzi xrustal qablar borc aldı. Dəhşətə gəldim, başa düşmürdüm, bu nə üçündür. Anam dedi: "Elə bilirsən, mənə baş çəkməyə gəlirlər? Yox, gəlib necə yaşadığımıza baxacaqlar"", bunu da başqa bir istifadəçi yazır.

"Hər şey pulla ölçülmür. Məmurlarla tanışlıqla lovğalanmaq xüsusən dəblidir - məsələn, masa arxasında onların adlarını çəkmək: "Filankəsə deyərəm, edər, öz adamımızdır. Filankəsin kabinetinin qapısını isə vaxt var idi, atamı təpiklə açırdı", - sosal şəbəkələrdəki müzakirələrdə bu fikri səsləndirənlərə də rast gəlmək olar.

"Özünü göstərməyin ən asan yolu maddi imkanların nümayişidir"

Psixoloq Orxan Sultanov hesab edir ki, özünü göstərmək fərdiyyətçiliyin və kollektivizmin unikal birləşməsidir.

"Fərdilik, özünəməxsus olmaq istəyi səni yönəldir: "Cəmiyyət var, sən isə ondan üstünsən, amma həm də bu cəmiyyətə aidsən və cəmiyyətin maraqlarından kənara çıxa bilmirsən. Özünü göstərməyin ən asan yolu maddi imkanların nümayişidir. Bu, ona görə ki, maddiyyatın əlamətləri məlumdur: bahalı "CİP", qızıl əşyalar, ən sonuncu "iphone".

Amma sən ölkədə yeganə "iphone" sahibi deyilsən axı. Yeganə "İnfiniti" səndə deyil axı. İntəhası bilirsən, nə tək səndə ola bilər? "Qızıl" telefon nömrə və ya "zerkalnı" maşın nömrəsi. Beləliklə, daha yüksək pilləyə qalxarsan, ancaq eyni zamanda oxşar zövq və dəyərli insanlardan ayrılmırsan.

Maraqlıdır ki, bizdə bahalı incəsənət əsərlərini sevən icma və ya cəmiyyət yoxdur. Məsələn, Salvador Dalinin əsərini ala bilərsən, bu zaman müstəsna olacaqsan, amma sənin cəmiyyətində özünü göstərmə meyarları arasında Dali kimi rəssamın əsərinə sahib olma göstəricisi yoxdursa, bu müstəsnalığın kiminsə diqqətini cəlb etməyəcək.

Özünü göstərmək bu gün yaranmayıb, qohumlarım sovet vaxtı "fartsovşiklərdən" (alverçilərdən) bahalı mallar alırdılar. Nəzərə alsaq ki, o zaman bu, hamıya əlçatan deyildi, Qərbdən gətirilən mallar isə daha keyfiyyətli idi, özünə göstərmək də daha gözəçarpan idi", psixoloq bildirir.

Özünü göstərmək və yoxsa zənginlik əlaməti?

Özünü göstərmək harada bitir və dəbdəbə nə zaman başlayır? Və yoxsa bu, medalın iki üzüdür?

Statusunu vurğulamaq üçün əldə edilən istənilən əşya özünü göstərməkdir, Orxan Sultanov deyir: "Avtomobil rahat nəqliyyat vasitəsidir. Ancaq bu rahatlıq həddi silsilə dərəcəsində böyümür. Sonda elə an olur ki, maksimal rahatlığı əldə etmisən, avtomobilin qiyməti isə arta-arta gedir. Bu, dəbdəbədir, yəni qiymət zəruri rahatlıq səviyyəsi ilə üst-üstə düşmür".

TbilisiFotonun müəllifiEYESWİDEOPEN

Gürcü kimi özünü göstərmək

Bu gün Gürcüstanda sosial marker rolunu oynayan göstəricilərindən biri avtomobil nömrələridir.

Dörd hərf, üç rəqəm. 2014-cü ildə Gürcüstanda qəbul edilmiş yeni avtomobil nömrələnməsi formatı məhz belədir. Maşın sahibləri öz "dəmir atları" üçün yeni adlara yaradıcılıqla yanaşıblar. Ad, soyad, ləqəb, peşə, hobbi, sevdiyi futbol klubu - yeni nömrələrdə nələri və nələri şifrələmirlər!

Gürcülər orijinal maşın nömrəsi üçün nə pulunu, nə qüvvələrini əsirgəyirlər. Bu hal az qala milli xasiyyət daşıyır. Üstəlik hər yoldan keçən avtomobilin nömrəsinin hansı məlumatı gizlətdiyini tapmaq cəhdi də bir əyləncəli oyuna çevrilib.

Alimlər uzun müddətdir ki, insanın müxtəlif cəmiyyətlərdə davranış modellərini öyrənirlər. Mütəxəssislərin sözlərinə görə, insanlar hər zaman onları əhatə edənlərin gözlərində uğur qazanmış kimi görünmək istəyirlər.

Müxtəlif dövrlərdə müxtəlif əşyalar ictimai statusu əsaslandıran simvollar kimi meydana çıxıb. Dünən bunlar zinət əşyaları və bahalı avtomaşınlar, bu gün isə dəbli aksessuarlar və smartfonlardır....

İnsanın öz sosial statusunu nümayiş etdirmək səyləri nə ilə izah olunur? Xoş təəssürat yaratmaq, lovğalanmaq, fərdiliyi göstərmək, yoxsa cəmiyyətdə özünü doğrultmaq istəyi ilə?..

Gürcü antropoloqu Keti Qurçiani deyir ki, hər bir şəxsin həyatı - coğrafi yaşamından və mədəni fonundan asılı olmayaraq - səhnə və səhnə arxasına bölünür.

"Səhnəyə cəmiyyətə göstərmək istədiyimizi, uğur əldə etmək üçün lazım olanları çıxarırıq.

Gürcüstanda və ümumiyyətlə Qafqazda sosial statusa bir çox məqam bağlanır. Məsələn, bu, çevrə, mühit, əlaqələr, yəni ictimai kapital adlandırılacaq məqamlardır. Bizim regionda müvəffəqiyyət çox vaxt bunlara bağlıdır. Başqa ölkələrdə bu, nəsə başqa ola bilər, məsələn, bilik, təhsil.

Səhnə arxası isə bizim şəxsi məkandır. Lakin səhnə arxası yalan demək deyil. Səhnə və səhnə arxası məkanla idarə etməyimiz demək deyil ki, biz yalançı və ya fırıldaqçıyıq. Biz, sadəcə bilirik ki, ətrafımızı onlara bağışladığımız təəssüratla idarə edə bilirik. Və bizim mədəniyyətimiz bunun ən yaxşı yollarını bizə göstərir".

Erməni kimi özünü göstərmək

toyFotonun müəllifiAFP

Müasir erməni toyu bir tərəfdən Avropa standartlarına uyğunlaşmaq, digər tərəfdən isə bütün milli ənənələri saxlamaq istəyi ilə, hər iki ailə üçün çətin bir sınağa dönür. Ölkə üzrə orta əmək haqqı 270 dollar təşkil edir və bir qayda olaraq, bütün xərcləri nişanlıların valideynləri öz üzərinə götürür.

Toyun büdcəsi, adətən, üç hissədən ibarətdir: restoran, dekor və digərləri. O, cütlüyün istəklərindən və qonaqların sayından asılıdır.

Bütün xidmətlər paketini sifariş edəndə, toy şənliyinə, təşkilatçıdan asılı olaraq, 10-17 min dollar arasında məbləğ xərclənir.

"Təssüf ki, erməni auditoriyası hələ ki "toy təşkilatçısı" anlayışına alışmayıb. Toy xidmətləri bazarı olduqca kiçikdir, hamı bir-birini tanıyır və müştərilərimizin sayı əslində çox deyil. Adətən bunlar ya tanınmış, imkanlı şəxslərdir və ya xaricdə yaşayan, amma toyunu mütləq Ermənistanda qeyd etmək istəyən adamlar olur", - toy təşkilatçısı Tamara Mkrtıçeva danışır.

Tamaşanın sözlərinə görə, gəlinlə bəyin qohumları ona düşmən kimi baxır: həm xidməti ucuz deyil, həm də ki, şənlik üçün bahalı restoranlar seçir.

gelinlikFotonun müəllifiMARAM AVAQYAN

"Müştərilərlə danışanda, əsasən, gəlin Rusiyadandırsa, ona deyirəm ki, qohumlarla mübahisələşməsin, başını aşağı salıb sussun, amma nəticədə öncədən danışdığımız kimi edək. Həm də ki, kiçik toy bazarının imkanlarını da nəzərə almaq lazımdır. Bu isə sahənin inkişafına mane olur. Toyu planlaşdırarkən anlamaq lazımdır ki, toy bazarı bütün fantaziyaların gerçəkləşdirilməsini təmin edə bilməz", - Tamara hesab edir.

Müasir erməni toyu azı 100-150 nəfər qonaq təşkil edir. Orta hesabla toy 300 nəfərə hesab olunur, amma 1000 nəfərlik şənliklər də olur.

Toy proqramı iki hissəyə bölünür: restorandan əvvəl və sonra. Səhər gəlinin öz evində, rəfiqələri, bacıları və mütləq kavorakin (ağbirçək) olmalıdır.

Eyni mərasim bəy evində baş verir; burada bəydən başqa dostları, şaferi (" azatbaşi") və kavor (ailənin yaşda daha böyük dostu, gənc ailəyə məsləhətlər verir, mübahisələri həll edir) da var.

Gəlin arxasınca bəy, adətən, ən yaxın qohumları ilə birgə gedir, digər qonaqlar cütlüyü bəy evində və ya restoranda gözləyirlər. Gəlin evinə, adətən şirniyyatla, meyvə, içki və hədiyyələrlə dolu zənbillər və məcməyilər aparılır və orada qonaqlar çox oturmur. Adətə görə, qız ata evindən çıxarkən bəy tərəfindən girov pulu tələb olunur və bu xərcləri kavor çəkir.

Tamada zalda bəy və gəlinə hədiyyələrin verilmə vaxtını qonaqlara elan edərkən məhz kavorun hədiyyəsi birincidir. Sonra qaynana təzə gəlinə öz hədiyyəsini verir. Hər iki halda bu, bahalı zinət əşyalarıdır.

Cavab hədiyyələr də var: kiçicik boğçalar (Ermənistanda bunlara "tarix" deyilir - bu, bəy və gəlindən qonaqların payına düşən yadigar hədiyyələrdir), konyak və meyvə dolu məcməyilər, xaç atası üçün şəxsi hədiyyə və kavorun ailəsi üçün hədiyyə yığılmış zənbil.

Bu zənbilin dəyəri kavor toya xərclədiyi məbləğdən azı iki dəfə artıq olmalıdır.

gelinlikFotonun müəllifiMARAM AVAQYAN

Gəlinlik libası

Yerevanda gəlinlik libasının an aşağı qiyməti 2000 dollar təşkil edir. Buna görə də, məsələn, Moskvadan fərqli olaraq, burada paltarı almırlar, icarəyə götürürlər. Bu, daha münasib qiymətə başa gəlir, - toy məsləhətçisi Tamara Mkrtıçeva danışır.

Toy libasları bazarı möhtəşəmdir - toy paltarının icarəsi 500 dollardan başlayır. Hələ Berta və Yolan Kris rəsmi distribütorlarından lüks təkliflər də var - toy libasının üç günlük icarəsi 800 dollardan 5200 dollara qədər olacaq. İcarəsi 17500 dollarlıq olan toy libasları da var.

Həmçinin rəngarəng ətəkli, mürəkkəb və ya əksinə, qəşəng kürəkçi və "şahzadə" libaslarına tələbat böyükdür. Erməni gəlinlərin çoxu hesab edirlər ki, "ağ paltar daha sadə göstərir", ona görə də bazarda mavi, açıq qəhvəyi və daim dəbdə olan fil sümüyü rəngində libaslar var.

Həmçinin toy libasının yarım qiymətinə dəridə də sifariş etmək olar, o şərtlə ki, toydan sonra dərzi paltarı geri alıb, digər gəlinlərə icarəyə verəcək.

Tamara: "Gəlin icarəyə hətta iki libas ala bilər və bu, "özünü göstərmək" sayılmır, axı onun həyatındakı ən vacib gündür və gəlin gözəl olmaq istəyir".

Öz toyunda erməni gəlini tək, yəni bəysiz rəqs etməlidir. Müasir gəlinlər bunun üçün icarəyə xüsusi milli geyim götürür.

Rəqs zamanı gəlinin başına pul tökülür - burada qonaqlar nəhayət ki, öz imkanlarını nümayiş etdirə bilirlər.

Gəlinin başına təkcə erməni dramı tökmürlər, digər ölkələrin əskinasları da olur, həm də ki, çox zaman kifayət qədər dəyərli.

Tamada və toy aparıcısı

Əvvəllər erməni toylarında bəylə gəlinin ailələrinin ayrıca, nəsildə bütün qohumları tanıyan tamadaları var idi. Tost zamanı onların yarışması toy proqramının ayrıca nömrəsi olurdu. İndiki zamanda hər ikisini toy aparıcısı əvəz edir. Onu tapmaq çətin deyil. Çox vaxtı bunlar yerli və ya Rusiyanın şou-biznes ulduzlarıdır.

Aparıcı xidmətinin qiyməti 100 dollardan başlayır - bu, adi restoran aparıcısıdır. Orta qiymət - 200-250 dollar, radio və televiziyada işləyən aparıcılar 750-1000 dollara başa gələcək, şou-biznes aparıcıların qiymətləri isə bir neçə min dollardan başlayır.

kostyumFotonun müəllifiMARAM AVAQYAN

Bəy kostyumu

Bu gün bəylər 350-1000 dollarlıq qara, tünd göy və garagilə rəngində smokinglərə üstünlük verirlər.

Standartdan kanar dekor

Bir-iki il bundan əvvəl gül dekoru dəbdə idi, indi isə güzgü və iri dekorasiyaya üstünlük verilir. İndi heç gül olmaya da bilər, onları mürəkkəb konstruksiyalar əvəz edir: kosmik bənövşəyi rəngli, animasiya, hərəkət edən dekorasiyalar, işıq effektləri və s. Klassik lepka artıq dəbdə deyil, halbuki bəzi gəlinlər məhz onu tələb edirlər.

Toy maşınlarının icarəsi, lazerli tort

Limuzinlər artıq dəbdən düşüb, əsasən toy üçün icarəyə Rolls Royce və Bentley götürülür - kirayəsi 500- 1000 dollar arasındadır. Bir neçə eyni maşından (adətən bu, Geländewagen-dir) ibarət kütləvi yürüş sifariş olunur. Onların sayı 10 və daha çox ola bilər, - avtomobil icarəsi üzrə şirkətin işçisi Armine söyləyir.

Bəzən restorana yaxınlaşıb şəkil çəkdirmək üçün karet də sifariş olunur.

Keçən il saray formasında tortlar dəbdə idi, bu il isə yeni ailə quranlar daha sadələrinə üstünlük verir. Sonuncu trend isə lazerli tortlardır. Bu, adi ağ tortdur, işıq sönəndə isə üzərində lazer şousu başlanır.

bogcaFotonun müəllifiMARAM AVAQYAN

Kiçik boğça və tarosiklər

Adətən boğçanın içində qonaqlar üçün şirniyyat və ya xatirə hədiyyələri qoyulur. Lakin bu gün məhz onlar ailənin imkanlı olmasını göstərən simvoldur. Onun içinə şirniyyatdan başqa, toy sahibinin imkanları və zövqündən asılı olaraq, qiymətli metaldan hazırlanmış əşyalar da qoyскачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ