SON DƏQİQƏ

Hüquq müdafiəçilərinə Qafqazda işləmək niyə çətindir?

Tarix:22-10-2018, 14:23

Şimali Qafqazda insan haqqları müdafiəçilərinə olunan hücumlardan heç biri indiyədək araşdırılmayıb. Lakin hüquq-mühafizə orqanları hüquq müdafiəçilərinin özlərinə qarşı iş açaraq çox effektiv araşdırmalar aparırlar.

Amnesty İnternational beynəlxalq hüquq müdafiə təşkilatının əməkdaşı Oleq Kozlovskini oktyabrın 6-da İnquşetiyada qaçırıb, döyüb və öldürülmə ilə təhdid ediblər. Kozlovski həmin şəxslərin İnquşetiyanın "E” (Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin Ekstremizmlə Mübarizə Mərkəzi) Mərkəzinin əməkdaşları olduğundan şübhələnir. Hal-hazırda o, Rusiyanı tərk edib və Amnesty İnternational-ın araşdırmasının nəticələrini gözləyir.

"Memorial” hüquq müdafiə təşkilatının Çeçenistan şöbəsinin müdiri Oyub Titiyev marixuana iddiaları ilə həbs olunub.

206 qram marixuana - "Memorial” hüquq müdafiə təşkilatının Çeçenistan şöbəsinin müdiri Oyub Titiyevin həbs olunmasının rəsmi səbəbi budur. Həmin məhkəmə işi hal-hazırda Qafqazın ən səs-küylü işlərindən biridir. Titiyevi ilin əvvəlində həbs ediblər və o vaxtdan bəri o, Qroznı şəhərindəki saxlanma məntəqəsindədir.

Bölgədəki hakimiyyət istintaqı federal orqanlara verməkdən imtina edib. Hüquq müdafiəçisinin evi dağıdılıb, ailəsi Çeçenistanı tərk edib. Buna baxmayaraq, o, təqsiri qəbul etmir. Sentyabr ayında keçirilən məhkəmə növbəti prosesin qapalı rejimdə keçiriləcəyini qərara alıb.

Titityev keçən həftə insan hüquqlarının qorunmasına verdiyi töhfələrinə görə "Vatslav Qavela" mükafatı alıb. Strasburqda onun adından oxunan məktubda Titiyev yazırdı:

Narkotika ittihamları siyasi fəallara qarşı ən çox istifadə olunan ittihamlar sırasındadır.
Narkotika ittihamları siyasi fəallara qarşı ən çox istifadə olunan ittihamlar sırasındadır.

Vətənim Çeçenistanda qanunsuz həbslər və qurma cinayət işləri artıq normal hala çevrilib. Mənim həbsim buna nümunədir. İnan bu hələ ən dəhşətlisi deyil. Adətən bu cür qurma cinayət işləri hədələr və işgəncələrlə müşayiət olunur.

Titiyevin həbsindən bir həftə sonra İnquşetiyada "Memorial”-ın ofisi yandırıldı. Ondan bir neçə gün sonra isə dağıstan bölməsinin müdiri Siracudin Datsiyev döyülüb. Günahkarlar hələ də tapılmayıb.

Qafqazda hüquq müdafiəçilərinə qarşı cinayət işləri onların döyülməsinə alternativ kimi baxılır.

Qafqazda hüquq müdafiəçilərinə qarşı cinayət işləri onların döyülməsinə alternativ kimi baxılır. Məsələn inquş müxalifətçisi Maqomed Xazbiyev. Ona qarşı qeyri-qanuni silah saxlanması və İnquşetiya Respublikasının başçılarının və şəxsən İnquşetiya başçısı Yunus-Bek Yevkurovun təhqir edilməsi ilə bağlı cinayət işi açılıb.

Təhqirləri 2015-ci ilin payızında çəkilmiş videoda tapıblar. Videoda Xazbiyev təkcə ölkənin təhlükəsizlik qüvvələrini, məhkəmə sistemini və məmurları tənqid etmir, həm də, Yevkurovun əhatəsində olan insanlardan İnquşetiya hakimiyyətinin insanların qaçırılması və öldürülməsində əlaqəli olmasını sübut edən sənəd və gizli səsyazmalarını satın alırdı.

İstintaq bunu "nifrət yaymaq" adlandırdı. Ekstremizmi də bu sıraya sonradan əlavə etdilər.

2016-cı ilin martın 9-u Çeçenistan-İnquşetiya sərhədində naməlum şəxslər Qroznı şəhərinə gedən xarici və rus jurnalistləri və "İşgəncələrə qarşı komitə”nin əməkdaşları olan mikroavtobusa hücum edib. Onları döyüb, avtomobillə əşyaları yandırıblar. Hadisə yerindən səsyazma və hadisə qurbanlarının ifadələrinin olmasına baxmayaraq hücum edən şəxslər hələ tapılmayıb.

Şimali Qafqazda, və ümumiyyətlə Rusiyada dissidentlərin həbsi norma halı alıb.
Şimali Qafqazda, və ümumiyyətlə Rusiyada dissidentlərin həbsi norma halı alıb.

2016-cı ilin aprel ayında Çeçenistanda "Qafqaz Düyünü” müstəqil nəşrin müxbiri Jalaudi Qeriyev qaçırılaraq həbs edildi. Sonradan Qeriyev hərbçilərin onu meşəyə aparıb, döyüb, boğub, güllələməklə təhdid etdiklərini daçışıb. Onlar Qeriyevi Çeçenistan hökümətinə qarşı işləməkdə günahlandırıblar və marixuana saxladığını boynuna almağı məcbur ediblər. Sentyabra Qeriyev 3 il həbs cəzasına məhkum edildi.

Ruslan Kutayev çeçenlərin sovet diktatoru Stalin tərəfindən kütləvi deporatiyasına dair dəyirmi masa keçirdiyinə görə həbs edilmişdi.

2017-ci ilin sonunda 4 il həbsdən sonra siyasətçi və ictimai xadim Ruslan Kutayev azadlığa çıxdı. Daha öncə Çeçenistan məhkəməsi onu qanunsuz narkotik saxlamada təqsirli bilmişdi. Lakin onun həmkarları Kutayevin həbsinin əsl səbəbi kimi onun 2014-cü ildə keçirdiyi çeçen xalqının deportasiyasının 70 illiyi ilə bağlı keçirdiyi dəyirmi masanı görürlər.

Bu hadisə Soçi Olimpiya Oyunları keçirildiyi dövrə təsadüf etdiyindən Novaya Qazeta qəzetinin verdiyi məlumata görə bütün Şimali Qafqaz respublikaları Stalin qurbanları ilə bağlı heç bir tədbirin keçirilməməsi barədə təlimat almışdılar. Kutayev konfransdan bir neçə gün sonra həbs olunmuşdu.

Hüquq müdafiəçilərinə qarşı ən səs-küylü iddia hələ də "Memorial” mərkəzinin əməkdaşı Nataliya Estemirovanın qətlidir. Qətli törədənlər və bu cinayətin arxasında olanlar indiyə qədər də tapılmayıb.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ