SON DƏQİQƏ

Astara sərhəd keçid məntəqsinin önündə növbə yaranıb

Tarix:22-10-2018, 11:16

Oktyabrın 20-də Astara sərhəd keçid məntəqsinin qarşısında onlarla avtobus növbəyə durub.

Onların İrana gedən və İraqa zəvvarlar aparan avtobuslar olduğu deyilir. Zəvvarlar əsasən gənc oğlan və qızlardan ibarətdir. Aralarında uşaqlı ailələr də var. Qadınlar hicabdadırlar. 
Zəvvarlardan biri deyir ki, gömrük ləng işləyir:

"Aramzıda Azərbaycanın bütün bölgələrindən adamlar var. Kərbəla faciəsində həlak olanlarla bağlı mərasimə gedirik. Gecə gəlmişik. Hələ buradayıq.Aramızda körpəlilər də var.Avtobusda ağlayırlar... Oraya Azərbaycan bayrağı ilə gedirik.”

Astara gömrüyü
Astara gömrüyü

Yaranan bu vəziyyətə, hələlik, Dövlət Gömrük Komitəsi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Miladi təqvimi ilə 680-ci ildə Kərbəlada ( İraq ərazisi) Məhəmməd Peyğəmbərin nəvəsi, İmam Əlinin oğlu İmam Hüseyn öz tərəfdarları ilə birlikdə qətlə yetirilib. Aradan XIII əsr keçsə də, islam aləmində həmin hadisə hələ də hər il faciə kimi qeyd edilir.

Bu il Aşura mərasimi milad təqvimi ilə sentyabrın 20-nə düşdü. «Aşura» sözü ərəbcə «10-cu» deməkdir. Söhbət Məhərrəm ayının 10-dan gedir.Həmin faciə Məhərrəm ayının 10-da baş verdiyindən " Aşura” adını alıb.Hər il həmin faciə ilə bağlı qatı İslam ölkələrində bir çox insanlar 40 gün yas saxlayırlar.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ