SON DƏQİQƏ

Ağdamın işğalı günündə mənəvi terror aparan telekanalları görmürsünüz?!.. - Qarabağ Qazisi

Tarix:24-07-2018, 15:58

Vaqif Əlisoy: ”İndi gözləyirsiniz ki, bir adamın əlindən xata çıxsın?..”
Dünən – 23 iyul Ağdamın işğalının 25-ci "qara yubileyi” günü bir sıra milli(?) hesab edilən telekanallar, xüsusən "ATV” və "Space”  şəhidlərimizin ruhuna qarşı açıq xəyanətkar bir mövqe tutaraq bayağı, çal-çağırlı verilişlərini dayandırmayıblar.  

Bu isə  Vətən, Qarabağ qeyrətli tamaşaçıların, xüsusən Qarabağ qaziləri və məcburi köçkünlərin haqlı qəzəbinə səbəb olub. 

20 Yanvar faciəsi zamanı həbs edilərək Rusiya türmələrində işgəncələrə məruz qalmış tanınmış Qarabağ qazisi,  Vaqif Əlisoy  "Facebook” statusunda  öz hiddətini belə ifadə edib:

"Millətin əsəbləri ilə oynayırlar... Hara baxırsınız MTRŞ - nın sədri Nuşiravan Məhərrəmli? Hara baxır Prezident Administrasiyası? İndi gözləyirsiniz ki,  bir adamın əlindən xata çıxsın?.. Bəs bu telekanalların mənəvi terrorunu görmürsünüz? Görmürsünüz bizi ələ salıb əsəblərimizi oynadırlar? Hara baxırsinız, nüfuzlu, adlı-sanlı, qarabağlı, ağdamlı şair və yazıçılar? 

Dəfələrlə sizə müraciət olunub bu haqda. Amma yenə öz bildiyinizdəsiniz... Bu gün bir daha bunu sübut etdiniz. 6 mindən yuxarı şəhid verən AĞDAMIN işğalını toy - bayram kimi qeyd etdiniz. Tüpürüm o konsertləri, verilişləri təşkil edənlərin, onun aparıcılarının, iştirakçılarının, onlara əl çalanların  kişiliyinə, qeyrətinə! Siz bütün Qarabağ şəhid , əlil və veteranlını , onların simasında bu xalqı təhqir etdiniz. Qarabağlı jurnalistlər siz də susacaqsınız?..

Dəyərli döyüşçü qardaşlarım, təklif edirəm ki, nüfuzlu Qarabağ əlil və veteranlarından ibarət( amma sözünü KİŞİ kimi deyən , yaltaq yox) 10 - 15 nəfərlik bir heyət təşkil edib əlaqədar qurumlarla görüşlər keçirək. Kəskin tələb qoyaq. Buna bizim haqqımız var. Bir bədbəxt hadisə baş verməmiş qarşısını alaq. Axı bu döyüş görmüş insanların arasında eləsi tapıla bilər ki , əsəbləri dözməsin. Allah bu millətə mənəvi terror edənlərə lənət etsin!. Sonra deməyin ki , demədilər…” - deyə  Qarabağ qazisi fikrini tamamlayıb.
 
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ