SON DƏQİQƏ

Rusiyada talış-azərbaycanlı DÜŞMƏNÇİLİYİ

Tarix:19-07-2018, 15:23

Rusiyanin Perm vilayətində əslən Azərbaycandan olan 2 sakin arasında qalmaqal yaşanır.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, iyulun 16-da Əli Heydərov Perm İstintaq Komitəsinə müraciət edərək, 7 saylı polis idarəsinin cinayət-axtarış şöbəsinin rəisi Əli Tanrıverdiyevdən şikayətçi olduğunu deyib.

 

Hüquqşünası kimi çalışan Əli Heydərov həmvətəni ilə münaqişələrinin 2016-cı ildə başlandığını deyib. Həmin vaxt hüquqşünasın dostu dava etmiş və buna görə barəsində iş açılmışdı. Lakin tərəflərin sülh razılaşma əldə etməsindən sonra 7-ci polis idarəsinin əməkdaşları Heydərovun dostundan işi bağlamaq üçün 100 min rubl pul tələb etmişdilər.

 

Nijni Novqorod şəhərində daxili polis akademiyasında birgə oxuduğu qrup yoldaşı Əli Tanrıverdiyevlə görüşərək, məsələni həll etmək isəyən Heydərov onun kobudluğu ilə üzləşib və aralarında ədavət başlayıb.   

 

İyulun 15-də gecə klublarından birinin qarşısında üz-üzə gələn azərbaycanlılar arasında yenidən qalmaqal yaşanıb. Bu zaman Tanrıverdiyev Heydərova "səni içəri göndərəcəm. Həbsdə yatacaqsan” - deyə hədə səsləndirib.

 

Əli Heydərov aralarında gərginliyin bir səbəbi kimi özünün  talış, Tanrıverdiyevin isə milliyətcə azərbaycanlı olmasını əsas gətirib. O, cibinə narkotik atılmasından qorxduğunu deyib.

 

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ