SON DƏQİQƏ

Azı, 3 milyon manatlıq qalmaqal 8 il həbslə nəticələndi

Tarix:6-07-2018, 00:24

"Dəmirbank” ASC Bayıl filialının sabiq müdiri Fərəh Rəşadətli 8 il azadlıqdan məhrum edilib. İyulun 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona belə hökm oxunub.

Fərəh Rəşadətli banka əmanət kimi qoyulmuş təxminən 3.5 milyon manatı mənimsəməkdə təqsirli bilinib.

Sabiq filial müdiri ilə birlikdə mühakimə olunan şəxslərdən xəzinədar Tamamgül Xanlarova min manat cərimələnib. Bankın digər əməkdaşı Fariz Qarayevə aylıq qazancının 20 faizi tutulmaqla, islah işləri cəzası verilib.

Cinayət işinin materiallarında yazılıb ki, Fərəh Rəşadətli rəhbərlik etdiyi filiala əmanət qoymaq istəyən müştərilərdən vəsaitləri alsa da, banka qoymayıb.

Əmanətçilər bir-biriylə quda olan iki ailənin üzvləridir. Bunlardan biri Təhsil Nazirliyinin sifarişi ilə dərsliklər çap edən "Təhsil” nəşriyyatının mərhum rəhbəri Bəhruz Axundov, onun həyat yoldaşı və gəlinləridir. Digər ailə isə Xalq şairi Xəlil Rza Ulutürkün gəlini və nəvələridir.

İttihama görə, mərhum Bəhruz Axundovun 800 min, həyat yoldaşı Əzizə Axundovanın 1 milyon 225 min, gəlini Gülnur Axundovanın 300 min manatı mənimsənilib.

Digər əmanətçilərin hər birinə dəymiş ziyanın 100 min dollardan (ortalama 170 min manatdan) 400 min manata qədər olduğu bildirilir.

Fərəh Rəşadətli istintaq dövründə həbsdə olmasa da, ilk iclasda elə məhkəmə zalındaca həbs edilib. Digər iki təqsirləndirilən şəxs həbsdə deyil.

Onlar özlərini qismən təqsirli biliblər.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ