SON DƏQİQƏ

Dövlət Departamenti dünya ölkələrində din azadlığına dair illik hesabatını açıqlayıb

Tarix:29-05-2018, 23:02

Dövlət katibi Mayk Pompeo ABŞ Dövlət Departamentində dünya ölkələrində din azadlığının durumu ilə bağlı illik hesabatı təqdim edib. Birləşmiş Ştatlar dünya boyu din azadlıqlarının təhlükə altında olduğunu bəyan edib. Hesabatda dünyanın bir çox ölkələrində din tərəfdarlarının təqib edildiyi və inanclarına görə cəzalandırıldığı bildirilir.

Dövlət Departamentinin beynəlxalq din azadlığı üzrə xüsusi səfiri Sam Braunbek din azadlıqları ilə durumun "dəhşətli” olduğunu bildirib.

Birləşmiş Ştatların prezident Donald Tramp və Şimali Koreya lideri Kim Conq Unla iyunun 12-də sammitinə hazırlıq işləri aparmasına baxmayaraq, Dövlət Departamentinin hesabatında Şimali Koreya dindarların inanclarına görə təqib olduğu bir ölkə kimi xüsusi göstərilir.

Çində yüz minlərlə uyğur müsəlman məcburən tədris mərkəzlərinə göndərilir, onlara qarşı geniş və aqressiv şəkildə izləmə və nəzarət tətbiq edilir.
Sam Braunbek

 

"Biz Şimali Koreyada qulaq sisteminin mövcud olduğunu görürük. Siz peykdə bu düşərgələrin bəzisini və oradakı vəziyyəti görə bilərsiniz. Şimali Koreyadan çıxıb, oradakı vəziyyət haqda yazan adamlar varə. Biz bilirik ki, vəziyyət çox mürəkkəbdir və xüsusilə də inanclı insanlar üçün və buna görə də Şimali Koreya bizim üçün xüsusi narahatlıq doğuran ölkə olaraq qalır”, Sam Barunbek bildirib.

ABŞ Dövlət Departamentinin hesabatında Çin, İran, Rusiya və başqa ölkələrdə də dindarların təqibləri qınanıb.

Hesabatda deyilir ki, "Çində yüz minlərlə uyğur müsəlman məcburən tədris mərkəzlərinə göndərilir, onlara qarşı geniş və aqressiv şəkildə izləmə və nəzarət tətbiq edilir”.

Hesabata əsasən, İranda hökumətin dini azlıqlara qarşı "Allaha qarşı müharibə” ittihamlı ilə edam və həbslər də daxil olmaqla qəddar davranışı davam etdirdiyi qeyd edilir.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ