SON DƏQİQƏ

“O apteklərin kimə məxsus olduğunu yuxarılar yaxşı bilir” – Deputatdan AÇIQLAMA

Tarix:14-05-2018, 18:37

Milli Məclisin deputatı Elmira Axundova oğlu Həbib Axundovun adının saxta dərman satışı ilə məşğul olan "Elit” apteklər şəbəkəsi ilə bir yerdə hallandırılmasına sərt etirazını bildirib. 

E.Axundova Sfera.az-a açıqlamasında deyib ki, sözügedən aptekin ona və ailəsinə heç bir bağlılığı yoxdur:

 
"Sadəcə olaraq, həmin aptekin fəaliyyət göstərdiyi ev bizim adımızadır. Oğlum evi müqavilə yolu ilə həmin aptekə icarəyə verib. Yəni, aptekin sahibinin biz olmağımızla bağlı yazılanlar cəfəngiyyatdır. Bizim bir düşmənimiz var, o da məni istəməyən adamlarla birləşib, haqqımızda yalan-böhtan xəbərlər yaydırır. Bu hallarla bağlı hər yerə şikayət etmişik. Hamısı araşdırılıb və həqiqəti əks etdirmədiyi bildirilib. Məhkəmədə də 2 dəfə onları udmuşuq, hazırda 3-cü məhkəməmiz gedir”.

Deputat qeyd edib ki, evi icarəyə vermək qəbahət sayılmır:

"İndi mənim oğlum pul qazanmasın, bəs nə etsin? Acından ölsün? Bəs uşaqları kim saxlayacaq? Oğlum tam şəffaf və qanuna uyğun şəkildə işləyib dövlətə vergisini də ödəyir. Kiçik market və kafe açıb, onu işlədir, halal pulunu qazanır. İndi burada pis nə var? Camaatın övladları neçə-neçə vəzifələrdədir, özlərinə biznes imperiyası yaradıblar. İndi balaca obyekti işlətmək üçün mənim oğluma icazə olmaz? Yaxud da oğlum bir aptekə icarəyə verib aylıq 1500 manat ala bilməz? Bəs acından ölsün? Bu cür hallar mənə qarşı cinayətdir. Bu adam mənə qarşı cinayət törədir, şantaj yolu ilə bizdən pullar tələb edir. Halbuki, istintaq müəyyən edib ki, heç kəsin heç kəsə borcu yoxdur. Əksinə, o adam bizə borcludur. İstintaq da başa çatıb, məhkəməyə müraciət edilib. Ona görə də bu adam bilmir ki, nə etsin. Məhkəmə ədalətli qərarlar verdiyi üçün görür ki, iş onun xeyrinə deyil, ona görə də bu cür yollara əl atır. O adam bizi, oğlum Həbibi izləyir. Mən ad çəkmək istəmirəm, o xəstə insandı, hamı bilir ki, o kimdir”.

E.Axunova bildirib ki, "Elit” apteklərinin kimə məxsus olduğunu hamı yaxşı bilir:

"Hamı bilir ki, Azərbaycanda bu apteklər kimə məxsusdur. Yuxarılar, Səhiyyə Nazirliyi yaxşı bilir ki, o apteklər kimindir. Sadəcə olaraq onu işlədən ayrı adamdır. Misal üçün, Azərbaycanda "Bazarstore” mağazalar şəbəkəsi var, onu işlədən ayrı adam ola bilər. Ancaq sahibi bir nəfərdir. "Elit” aptekləri də bir nəfərə məxsusdur. Sadəcə olaraq, icarə müqaviləsi ilə başqa adama verilib. Sahibi böyük insanlardır”.

E.Axunova jurnalistləri sözügedən məsələdən yazmamağa çağırıb:

"Bir saytda yazı çıxdı, mən də "Yeni Müsavat”da təkzib verdirmişəm. Daha bu məsələnin üzərinə getmək lazım deyil”.

Deputat sosial şəbəkələrdə onun haqqında yazılanlara da sərt fikir bildirib:

"Mən vaxtilə bütün sosial şəbəkələrdə hakimiyyətə qarşı təhqiredici ifadələr yazan şəxslərə demişəm ki, onlar kişi deyillər. Mən bu fikirləri Milli Məclisdə də bildirmişəm. Hətta, demişəm ki, həmin adamların hərəkətlərinə fikir verməyə dəyməz. Çünki onlar kişi deyil, kişilikdən uzaqdır. Ona görə də həmin adamlar indi məndən qisas alırlar. Mən ədalətli mübarizə aparan qadınam. Əlbəttə ki, bir qadına qarşı bu cür hərəkətlər kişilikdən uzaq hərəkətlərdir. Mənim bədxahım çirkin üsullara əl ataraq xaricdəki müxalifətlə birləşib mənə qarşı bu cür kampaniyalar aparır. Özü də müxalifətçinin biridir. O adam xaricdəki şəxslərlə əlaqəlidir. Bütün bunlara görə də mən heç zaman sosial şəbəkələrdə olmamışam, heç olmaq da istəmirəm. Bu çirkin bataqlıqda mən heç zaman olmayacam. Ümumiyyətlə, mən sosial şəbəkələrə nifrət edirəm. Mənim üçün sosial şəbəkə yoxdur”.
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ