SON DƏQİQƏ

Vəkil adindan qanunsuz istifadə edənlərə qarşı əməliyyat – Fotolar

Tarix:14-05-2018, 12:27

Azərbaycanda vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün vəkillik təsisatının nüfuzunun artırılması istiqamətində işlər davam etdirilir.

Vəkillər Kollegiyasından (VK) "Report”a verilən məlumata görə, son zamanlar aparılan müşahidələr, o cümlədən VK Rəyasət Heyətinə daxil olan çoxsaylı şikayətlər n

əticəsində bir çox fiziki və hüquqi şəxslər tərəfindən vəkil adından qanunsuz istifadə halları aşkarlanıb: "Belə hallar vətəndaşlarımızın və digər şəxslərin keyfiyyətli hüquqi yardım almasına maneçilik törətməklə bərabər, vəkilliyin nüfuzuna mənfi təsir göstərməkdədir.

Qeyd olunan problemin həlli, habelə vəkil adından qanunsuz istifadə hallarının qarşısının alınması ilə bağlı Vəkillər Kollegiyası Rəyasət Heyətinin Aparatının əməkdaşları və Vəkillərin İntizam Komissiyasının üzvləri tərəfindən ölkə üzrə müəyyən araşdırmalar aparılıb, habelə Vəkillər Kollegiyasının adına əqli mülkiyyət hüququ əsasında rəsmi qeydiyyatdan keçmiş bir sıra ifadələrdən, eləcə də vəkil adından qanunsuz istifadə hallarının aradan qaldırılması istiqamətində qanunla müəyyən olunmuş qaydada zəruri tədbirlər görülüb”.

Vəkillər Kollegiyasının Rəyasət Heyəti bildirir ki, vəkillik təsisatının nüfuzunun artırılması, vətəndaşlarımızın və digər şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin olunması məqsədilə araşdırma tədbirləri bundan sonra da davam etdiriləcək və vəkil adından qanunsuz istifadə halları ilə qətiyyətlə mübarizə aparılacaq.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ