SON DƏQİQƏ

Deputat Milli Məclisi amnistiya aktı qəbul etməyə çağırdı - "...onu reallaşdırmaq lazımdır"

Tarix:30-04-2018, 10:35

"Mən bir neçə də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı təkliflərlə çıxış etmişəm. Bunlardan biri də ölkədə amnistiya aktının qəbul olunmasıdır. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı ölkədə amnistiya aktının qəbul edilməsi üçün Milli Məclisə müraciət edib. Ancaq Ombudsmanın bu müraciətinə müəyyən qədər etinadsızlıq, soyuq yanaşma var”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli deyib.

Deputat bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı ölkədə amnistiya aktının qəbul edilməsi məsələsi aktuallığını itirməməlidir.

"Bu çox vacib məsələdir. Mən bilmirəm ki, yaxın 10 il ərzində Cümhuriyyətin 100 illiyindən mühüm hadisə baş verəcəkmi? Artıq çox az vaxt qalıb. Bu məni narahat edir. Amnistiya aktının qəbul olunmasından ötrü mütləq qanunvericilik təşəbbüsü ilə Milli Məclisdə çıxış etmək lazımdır. Daha sonra isə Milli Məclis bu aktı qəbul etməlidir”.

Deputat Azərbaycanda böyük amnistiya aktının qəbul olunmasına bir ay vaxtın qaldğını deyib.

"Mən düşünürəm ki, amnistiya aktının bu vaxt ərzində qəbul edilməsi mümkündür. Ombudsmanın təklifi çox yüksək səviyyədədir və onu reallaşdırmaq lazımdır”. eскачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ