SON DƏQİQƏ

REAL Partiyası Ədliyyə Nazirliyinə müraciət etməyəcək - Natiq Cəfərli danışdı

Tarix:10-04-2018, 13:18

"Bundan sonra elə bu günə kimi davam edən siyasi xəttimiz  və proyektlərimizin ardı gələcək. Yerli təşkilatın, məclislərin gücləndirilməsi, bütün  seçkili orqanların formalaşıb fəaliyyətə başlaması, xüsusilə də gələn il nəzərdə tutulan bələdiyyə seçkilərinə və 2020-ci ildə nəzərdə tutulan parlament seçkilərinə tam hazırlıq planlaşdırırıq”.

Bunu REAL Partiyasının icraçı katibi Natiq Cəfərli Modern.az-aaçıqlamasında deyib:

"Bələdiyyə seçkilərində gənclərimizin bir çox bələdiyyələrdən namizədliyini verib onların təcrübə toplamasına və özlərini sınamasına çalışacağıq. Digər siyasi təşkilatlardan fərqli olaraq hər seçkiyə 1-2 ay qalmış fəaliyyətə başlamırıq. Bu baxımdan artıq parlament seçkilərinə də hazırlıqlara start vermişik və bununla bağlı işlər gedir. Partiya strukturları formalaşandan sonra bu proseslər daha da sürətlənəcək. 2020-ci il parlament seçkilərinə tam hazır formada çataraq həm müşahidəçilərin çox olmasına, həm 125 dairənin tamamından namizədlərin verilməsinə çalışacağıq. Namizədliklə əlaqəli onlara treninqlər keçiriləcək, müəyyən siyasi, iqtisadi məsələlərlə bağlı mühazirələr təşkil olunacaq. Bundan başqa  bələdiyyə və parlament seçkiləri üçün müşahidəçilər formalaşdırılacaq. Yəni siyasi fəaliyyətin bütün atributlarını davam etdirəcəyik”.

N.Cəfərli qeyd edib ki, REAL mütəmadi olaraq mövqe sənədləri hazırlayacaq:

"Bilirsiniz, 40 nəfər Məclis üzvü seçilib, aralarında yeni və kifayət qədər gənc insanlar var. Məclisdə iqtisadi, siyasi, sosial məsələlərlə bağlı mövqe sənədləri qəbul olunacaq və cəmiyyətə açıqlamalar veriləcək.

Digər tərəfdən, biz sağ mərkəzçi partiyayıq və ideoloji xəttimiz var. Buna uyğun olan bütün beynəlxalq siyasi təşkilatlarla artıq bir müddətdir əlaqələr qurulub. Bu xətt davam etdiriləcək. O cümlədən eyni ideyaları, məqsədləri daşıyan yerli təşkilatlarla da əlaqələrimiz davam edəcək. Amma bu, formal xarakter daşımayacaq. Doğurdan da ciddi düşünülmüş strategiyanın bir tərkib hissəsi kimi tətbiq olunacaq”.

Müsahibimiz həmçinin, REAL-ın partiyaya çevrilməsi üçün Ədliyyə Nazirliyinə müraciət etmədiklərini deyib:

"Açığı, nazirliyə müraciət etmək fikrimiz də yoxdur. Əvvəl istəyirdik ki, bütün prosedur qaydalarına uyğun olaraq bu işi görək. Amma təəssüf ki, bizə yer verilmədiyi üçün formal prosedur qaydalara əməl edə bilmədik və qurultayın bir hissəsi onlayn formada keçirildi. Azərbaycan qanunvericiliyində də belə bir şey nəzərdə tutulmayıb. Qanunvericiliyimizdə onlayn qurultay anlayışı yoxdur deyə onun sənədlərinin Ədliyyə Nazirliyinə verilməsinin mənası da yoxdur. Buna görə də müraciət olunmayacaq”.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ