SON DƏQİQƏ

Mərkəzi Bankın indiyə kimi buraxdığı xatirə sikkələri - Qızıl, gümüş, platin PULLAR

Tarix:10-04-2018, 13:17

Mərkəzi Bank Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə yeni yubiley sikkələri buraxacaq. Bu barədə jurnalistlərə Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.

 

Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev Modern.az-a bildirib ki, yeni sikkələr bundan əvvəl buraxılmış xatirə sikkələri formatında olacaq:

"Xatirə sikkələrinin sayı, forması, əyarı barədə məlumatlar təqdimat mərasimində açıqlanacaq”.

 Bu günədək buraxılmış xatirə sikkələri barədə məlumatı təqdim edirik

 

1996-cı ildə ilk dəfə olaraq Milli Bank tərəfindən Böyük Britaniyanın Kral Sikkəxanasında Azərbaycanın görkəmli şair və mütəfəkkiri Məhəmməd Füzulinin həyat və yaradıcılığının (1494-1556) 500 illiyinə həsr olunmuş 100 manat dəyərində, 916.7 əyarlı, 500 ədəd qızıl xatirə sikkəsi buraxılıb. Xatirə sikkələrinin üz tərəfində Məhəmməd Füzulinin siması, arxa hissəsində isə şairin məşhur "Leyli və Məcnun" poemasından bir səhnə əks etdirilib. Eyni zamanda, 50 manat dəyərində, 925 əyarlı, 5000 ədəd gümüş xatirə sikkəsi buraxılıb. Xatirə sikkələrinin üz tərəfində Məhəmməd Füzulinin siması, arxa hissəsində isə şairin məşhur "Leyli və Məcnun" poemasından bir səhnə əks etdirilib.

 

1999-cu ildə Ukrayna Respublikası Milli Bankının sikkəxanasında "Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyinə həsr olunmuş 100 manat dəyərində, 900 əyarlı 150 ədəd xatirə sikkəsi buraxılıb. Həmçinin, 50 manat dəyərində, 925 əyarlı 1000 ədəd gümüş xatirə sikkəsi buraxılıb. 

 

Mərkəzi Bank mərhum prezident Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən, 10 dekabr 2004-cü ildə dövriyyəyə platin əyarlı 100 ədəd xatirə sikkəsi buraxıb. Xatirə sikkələrinin üz tərəfində Heydər Əliyevin portreti, portretin sağ tərəfində "Heydər Əliyev” sözləri, arxa tərəfində isə Azərbaycan Respublikasının xəritəsi və "Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdir…” sözləri yazılıb. Xatirə sikkələri İngiltərənin "Royal Mint” Kral Sikkəxanasında yüksək beynəlxalq standartları uyğun hazırlanıb. Sikkənin arxa hissəsində olan xəritənin alt hissəsində xatirə sikkələrinin buraxıl­dığı il "2004-cü il”, xəritənin ətrafında dairəvi şəkil­də üst hissəsində "Azərbaycan Respublikası”, alt hissəsində isə xatirə sikkə­lərinin nominalı göstəril­ib. Xatirə sikkələri Azərbaycan ərazisində qanuni ödəniş vasitəsidir.

 

Həmin il dövriyyəyə 1000 ədəd 916.7 əyarlı qızıl xatirə sikkəsi buraxılıb. Xatirə sikkələrinin üz tərəfində Heydər Əliyevin portreti, portretin sağ tərəfində "Heydər Əliyev” sözləri, arxa tərəfində isə Azərbaycan Respublikasının xəritəsi və "Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdir…” sözləri yazılmışdı. Xatirə sikkələri İngiltərənin "Royal Mint” Kral Sikkəxanasında hazırlanıb. Sikkənin arxa hissəsində olan xəritənin alt hissəsində xatirə sikkələrinin buraxıl­dığı il "2004-cü il”, xəritənin ətrafında dairəvi şəkil­də üst hissəsində "Azərbaycan Respublikası”, alt hissəsində isə xatirə sikkə­lərinin nominalı göstəril­ib. Xatirə sikkələri Azərbaycan Respublikası ərazisində qanuni ödəniş vasitəsidir.

Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsinin davamı olaraq 10 dekabr 2004-cü ildə dövriyyəyə 2000 ədəd 925 əyarlı gümüş xatirə sikkəsi buraxılıb. 

 

2006-cı ildə həyata keçirilən denominasiya prosesləri ilə əlaqədar yeni dövriyyəyə buraxılacaq qəpiklərin dizaynına uyğun 50 ədəd 999,9 əyarlı qızıl xatirə sikkəsi  dəstinin hazırlanması məqəsədilə Avstriyanın "Austrian Mint” sikkəxanası ilə müqavilə bağlanıb. Müqaviləyə əsasən, 2005-ci ildə hər biri 1 qəpik (50 ədəd), 3 qəpik (50 ədəd), 5 qəpik (50 ədəd), 20 qəpik (50 ədəd), 50 qəpik (50 ədəd) olan xüsusi qızıl xatirə dəsti hazırlanıb. 

 

2006-cı ildə daha bir xatirə pulu dövriyyəyə buraxılıb. Almaniyada keçirilmiş futbol üzrə dünya çempionatına həsr olunmuş 50 manat nominallı gümüş xatirə sikkələri Polşanın "Polish Mint” sikkəxanasında istehsal edilərək tədavülə buraxılıb. 200 ədəd 925 əyarlı xatirə sikkəsinin üz tərəfində futbolçuların təsviri və "2006 FIFA World Cup Germany” sözləri, arxa tərəfində isə Azərbaycan Respublikası gerbinin təsviri "Azərbaycan Respublikası” sözləri və sikkənin nominalı təsvir olunub. Gerbin alt tərəfində xatirə sikkəsinin buraxılış ili "2004” əks olunub. Xatirə sikkəsi Azərbaycan Respublikası ərazisində nominal dəyəri üzrə qanuni ödəniş vasitəsidir. 

 

2008-ci ildə Heydər Əliyevin 85 illik yubileyinin ölkə miqyasında qeyd olunması ilə əlaqədar Milli Bank tərəfindən Avstriyanın Austrian Mint şirkətində nominalı 100 manat olan 999,9 əyarlı 5000 min ədəd qızıl xatirə sikkəsi sifariş edilərək dövriyyəyə buraxılıb. Xatirə sikkəsinin üz tərəfində Heydər Əliyevin portreti, arxa tərəfində isə gerb təsvir edilib. Gerbin alt hissəsində xatirə sikkəsinin buraxıl­dığı il "2008-cü il”, və "Azərbaycan Respublikası” sözləri və xatirə sikkə­sinin nominalı göstəril­ib. Xatirə sikkəsi Azərbaycan Respublikası ərazisində nominal dəyəri üzrə qanuni ödəniş vasitəsidir. 

 

2008-ci ildə mədəniyyət seriyası çərçivəsində Azərbaycanın dahi şairi, mütəfəkkir Nizami Gəncəvinin xatirəsinə həsr olunmuş 100 manat dəyərində 999,9 əyarlı 1000 ədəd qızıl xatirə sikkəsi istehsal olunaraq tədavülə buraxılıb. Xatirə sikkələri Avstriyanın "Austrian Mint” sikkəxanası tərəfindən istehsal edilib.

 

2008-ci ildə mədəniyyət seriyası çərçivəsində Azərbaycanın dahi opera müğənnisi, vokalist Bülbülün xatirəsinə həsr olunmuş 100 manat dəyərində 999,9 əyarlı 1000 ədəd qızıl xatirə sikkəsi istehsal olunaraq tədavülə buraxılıb. Xatirə sikkələri Avstriyanın "Austrian Mint” sikkəxanası tərəfindən istehsal edilib. Xatirə sikkəsinin üz tərəfində dahi vokalistin portreti, arxa tərəfində isə Azərbaycan miniatyuralarının təsviri əks olunub. Xatirə sikkəsi Azərbaycan Respublikası ərazisində nominal dəyəri üzrə qanuni ödəniş vasitəsidir.

 

2008-ci ildə Avstriyanın "Austrian Mint” sikkəxanası tərəfindən istehsal edilən dahi bəstəkar, musiqişünas Üzeyir Hacıbəyovun xatirəsinə həsr olunmuş 100 manat dəyərində 999,9 əyarlı 1000 ədəd qızıl xatirə sikkəsi istehsal olunaraq tədavülə buraxılıb. Xatirə sikkəsinin üz tərəfində dahi bəstəkarın portreti, arxa tərəfində isə Azərbaycan miniatyuralarının təsviri əks olunub. Xatirə sikkəsi Azərbaycan Respublikası ərazisində nominal dəyəri üzrə qanuni ödəniş vasitəsidir. 

 

2009-cu ildə buraxılan xatirə pulları isə qədim tarixə, zəngin mədəniyyətə və Azərbaycan dövlətçiliyinin inkişafında mühüm rola malik olan Naxçıvan Muxtar Respublikasının yaradılmasının 85 illik yubileyinə həsr edilib. Avstriyanın "Austrian Mint” sikkəxanasında hazırlanan 999,9 əyarlı 500 ədəd sikkə Azərbaycan Respublikası ərazisində nominal dəyəri üzrə qanuni ödəniş vasitəsidir. Həmçinin, 1000 ədəd 999 əyarlı sikkə tədavülə buraxılıb. 

 

Milli Mətbuatın 135 illiyinə həsr edilən 1000 ədəd 999 əyarlı xatirə sikkəsi buraxılıb.

 

2011-ci ildə tədavülə buraxılan 999 əyarlı 2000 ədəd xatirə sikkəsi isə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin iyirminci ildönümünə həsr olunub (1991-2011). Xatirə sikkəsinin üz tərəfində müstəqillik rəmzi olan məqbərə, arxa tərəfində isə gerb təsvir edilib.

 

2012-ci ildə tədavülə buraxılan 999 əyarlı 1000 ədəd xatirə sikkəsi Azərbaycan Mərkəzi Bankının 20 illik yubileyinə həsr olunub. Xatirə sikkəsinin üz tərəfində 20 ili əks etdirən stilistik görünüş, arxa tərəfində isə Azərbaycan Respublikasının gerbi təsvir edilib.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ