SON DƏQİQƏ

Rusiyada “kölgədə” qalmağı sevən azərbaycanlı MİLYARDER

Tarix:9-04-2018, 12:22

Azərbaycan əsilli yəhudi milyarderlər deyiləndə ilk ağla gələn isimlərdən biri də Zarah İliyevdir. Rusiya paytaxtının əmlak krallarından sayılan, mətbuatla təmaslardan birmənalı olaraq yayınan Zarah İliyev. Onun adı həm də dəbdəbədən uzaq həyat tərzi, incəsənətə olan sevgisi, bir də daim "başını aşağı salıb” öz işi ilə məşğul olan iş adamı obrazı ilə çulğalaşır.

Moskvada sahibi olduğu milyardlarla dollar dəyərindəki işində həmyerlisi Qod Nisanov və İlham Rəhimovla çox peşəkar biznes üçlüsü yaratmağa müvəffəq olub. Eyni zamanda ilk baxışdan adamayovuşmaz təsiri bağışlayan Zarah İliyev ona uzanan dost-tanış əllərini heç zaman boş qaytarmaması ilə tanınıb...

Zarah İliyev 1966-cı ildə Qubada Qırmızı qəsəbədə dünyaya gəlib. Rusiyanın ən uğurlu iş adamlarından biri və 15 000 insanı birləşdirən dağ yəhudilərinin Moskva icmasının rəhbəridir. Onun həyat yolunda biznesmen ata yardımı olmayıb. Atası Bension İliyev sadə çəkməçi işləyib. Onun beş oğlu da - Lazar, David, Yaruhom, Zarah və Savely uşaqlıqdan dəridən necə istifadə etmək lazım olduğunu çox yaxşı bilirdilər. Bu sahədə ilk təşəbbüskar qabiliyyətini Zarah sərgiləyib. Hələ şagird vaxtı o, bir yoldaşına "aerodrom” şapka tikib. Daha sonra isə bu işini böyüdərək, tikdiyi şapkaları Qubada satıb.

Şapka tikməkdən böyük biznesə
food sity.jpeg (165 KB)
17 yaşındaykən Zarah Moskvaya gedir. Orada artıq onun iki əmisi və əmisi oğlu işləyirdilər. Burada o, gül satmağa başlayır. Gül biznesindən sonra, yenidənqurma illərində Zarah Lyubyanka rayonunda dostlara məxsus kiçik mağazanı konyakla təmin edirdi. Özünün işini o, bazar ticarəti başlanan dövrdə qurub. "İzmaylovo” bazarında bir neçə konteyneri alaraq orada alver edən adamlara kirayə verməyə başlayıb. İlkin kapitalı topladıqdan sonra digər yəhudi həmkarı Telman İsmayılovla birlikdə "Çerkizov” bazarını Moskvanın ən böyük topdan-pərakəndə ticarət mərkəzinə çevirməyə başlayır.

Zarah İliyevin ilk ticarət nöqtəsi - gül mağazası Çeremuşkada yerləşirdi.  Həmin yerdə indi bütünlüklə İliyevə məxsus "Panorama” adlı ticarət mərkəzi yerləşir.

Telman İsmayılovdan daha uzaqgörən
Zarah İliyev Telman İsmayılov ile ilgili görsel sonucu
1993-cü ildə İliyevin firması "Çerkizov”da 15 hektar torpağı idarəetməyə götürür. Beləliklə, iki dağ yəhudisi - Zarah İliyev və Telman İsmayılov xarici riteylerlərə sübut  edirlər ki, ticarətin təşkilində onların hamısından üstün ola bilərlər. Onlar bazardakı intizamsızlığı tez bir zamanda aradan qaldıraraq, mümkün olan ən son həddə qədər qayda-qanunla əvəz edirlər. Qayda-qanuna nəzarət sərbəst döyüş ustası, millinin məşqçisi Ömər Murtuzəliyevə verilir. Bazarda işlər saat mexanizmi qədər dəqiqliklə qurulur, həm orada yer götürənlər qazanır, həm də yerin sahibləri.

Sahibkarlar "Çerkizov”da yalnız ticarət barədə düşünürdülər, qalan bütün məsələləri - mühafizədən tutmuş, polisin yersiz müdaxilələrinədək bazar sahibləri öz üzərlərinə götürmüşdülər.

İndi bu cür qayda-qanunlar İliyevin şərikliyi ilə 2014-cü ildə açılan nəhəng "Food City” aqroklasterində də tətbiq olunur. Və burada da üstünlük Azərbaycandan gələn sahibkarlara və məhsullara verilir...

Zarah İliyev Telman İsmayılov ile ilgili görsel sonucu
Zaman keçdikcə məlum oldu ki, Z.İliyev T.İsmayılovdan daha uzaqgörən imiş. Belə ki, o, "Çerkizov”dan başqa və gələcəyə hesablanmış layihələrin maliyyələşdirilməsi üçün mənbə kimi istifadə etdi. İliyevin strategiyasının əsasında ticarəti açıq bazardan "dam altına” köçürmək dayanırdı. Bu istiqamətdə ilk addımını  Lyublinoda atdı - nəhəng zavodun atılmış sahələrində örtülü ticarət pavilyonları yaratmaqla. Layihə "Moskva” topdan-pərakəndə ticarət mərkəzi adlanır, öz miqyası ilə hamını heyrətə gətirirdi: 200 min kvadratmetrədək sahə istəyənlərə sivil şərtlə əsasında ticarət üçün icarəyə verilirdi. Bu mərkəzin 57 faiz səhmi Z.İliyevə, qalanı bundan sonra onun əsas partnyoru olan Moskva meriyasına məxsus idi.

Elə "Moskva”dan da Z.İliyevin daha bir dağ yəhudisi olan Qod Nisanovla uzun illik iş ortaqlığı başlayır. O, 2000-ci ildə digər layihələrini maliyyələşdirmək üçün "Safra İnstruments” şirkətini yaradır. 2005-ci ildə avanqard-heykəltaraş Zurab Sereteli ilə "Möcüzələr şəhəri” şirkətinin əsasını qoyur. Şirkətin idarə olunması ilə yenə Qod Nisanov məşğul olur. Lakin şirkətin icra etmək istədiyi ilk iki layihə reallaşmır.

zarah1.jpeg (241 KB)
2009-cu ilədək Z.İliyev "Elektron cənnət” ticarət mərkəzində, "Qrand” mebel mərkəzində, Kaşir şosesindəki "Moskva” avtomobil hipermarketində böyük paya sahib olmuşdu.  Avtomərkəzdə onun öz adına patentləşdirdiyi xüsusi nümayiş stendi qurulub - bu stenddə eyni vaxtda 7 avtomobili nümayiş etdirmək mümkün olur.

Onu da qeyd edək ki, heykəltəraş Sereteli ilə Zarahı yalnız işgüzar-biznes münasibətləri deyil, həm də yaradıcılıq münasibətləri bağlayırdı. Belə ki, Z.İliyev rəssamlıq sahəsi ilə yaxından maraqlanırdı və öz yaradıcılığı ilə bağlı onunla müzakirələr aparmağı sevirdi.

2009-cu ildə "Çerkizov” bağlananda artıq Z.İliyev və Q.Nisanov kommersiya daşınmaz əmlakı tikintisinə keçid edərək, paytaxtda onun iri sahibinə çevrilmişdilər. Buna görə də nəhəng bazarın bağlanması T.İsmayılov kimi onların da müflis olmasına gətirib çıxarmadı. Əksinə, onlar Rusiya prezidentinin tələbəlik dostu İlham Rəhimovla yaxın münasibətləri sayəsində Moskvanın daşınmaz əmlak krallarına çevrildilər.

Zarah İliyev Telman İsmayılov ile ilgili görsel sonucu
Deyirlər ki, Zarahda insanların etibarını qazanmaq xüsusi istedaddır. Belə ki, Moskvaya gəldiyi ilk vaxtlarda qısa müddətdə həmyerlilərinin etibarını qazanmağa nail olub. Buna görə də Azərbaycandan gələn məhsulların saxlanmasını da ona həvalə edirlər. Anbar yaradaraq məhsulları qaydasına görə necə saxlamaq lazım olduğunu sübut edir. Etimad qazanmaq bacarığına görə də diaspora nümayəndələri İliyevi böyük layihələrdə həm dəstəkləyirlər, həm də kredit verirlər.

Bakı ilə münasibətlər

Zarah İliyevin özünün Azərbaycanda biznesi yoxdur. Lakin qardaşının biznesinə yaxından dəstək verir. Belə ki, 2005-ci ildə Bakının Nərimanov rayonunda Bakı Dəri Fabriki açılır. Şirkət burada dərini işləyərək ayaqqabı, çanta və pencək istehsal edir. Deyilənə görə, bu proyektdə İliyev qardaşı Yaruhoma (eyni zamanda müəssisənin sahibidir) kömək edir.

"Bu, bir iş adamı olaraq İliyevin mənfi tərəfidir. O, bir çox yaxınlarını ətrafında cəmləşdirib”. Moskvadakı iş ortaqlarından biri belə söyləyir. Lakin nəzərə almaq lazımdır ki, Moskvaya ilk gəldiyində Zarah ən böyük dəstəyi elə yaxınlarından almışdı. Onların bu dəstəyi alkoqol biznesində də onun köməyinə çatmışdı. Görünür, elə buna görə də Z.İliyev indi ehtiyacı olan bütün yaxınlarına, həm də qohumu olmayan həmyerlilərinə lazım olan dəstəyi həvəslə verir.

Bununla birlikdə İliyev iştirakçısı olduğu bütün layihələrdən özü üçün fayda əldə etməyi çox yaxşı bilir. Beləcə, dəri fabriki ona böyük səviyyədə dəstək gətirir. Azərbaycan Prezidenti İlham Əliyev müəssisənin açılışına qatılaraq bu sözləri söyləyir: "Bu fabriki işlədən insanlar digər sektorlarda da böyük uğurlar əldə edə bilərlər. Onlar hər səviyyədə dəstəklənməlidir.”

zarah2.jpeg (119 KB)
2017-ci ildə "Forbes” jurnalı Zarah İliyevin sərvətini 3 milyard dollar həcmində hesablayıb. Rusiya mətbuatının yazdığına görə, Zarah İliyevin ortaqları İlham Rəhimov və Qod Nisanovdan ayrıca biznesi də var. Onun 2005-ci ildə Zurab Çereteli ilə "Möcüzələr şəhəri” adlı şirkət təsis etdiyi məlumdur. 2009-cu ildən isə Moskvadakı dağ yəhudiləri icmasından olan ortaqları ilə "Elektron cənnət” ticarət məntəqəsi, "Grand” mebel mərkəzi, "Moskva” avtomobil hipermarketlərini yaradıb. Hazırda Z.İliyev və Q.Nisanov birlikdə 1,6 milyon kvadratmetr ticarət sahəsinə, müxtəlif qiymətlərə təklif olunan 1550 otel otağına sahibdirlər.

"Kiyev meydanı” ticarət mərkəzi "Forbes”in "Rante 2017" hesabatında ötən il birinci yerə layiq görülüb. Onun illik dövriyyəsi 85 milyard rubl təşkil edir.

Ortaqların ikinci böyük işi sayılan "Food City”nin ərazisinin alınmasına 1 milyard dollar, tikilib başa çatdırılmasına isə daha 1 milyard dollar sərf edilib. Bu nəhəng klasterin sahəsi 91 hektardır. Onun içərisində gömrük postu yerləşir. Klasterə dünyanın 40 ölkəsindən, Rusiyanınsa 56 regionundan mal və məhsullar gətirilir. Hazırda "Food City” Moskva əyalətinin ətə tələbatının 25 faizini, meyvə-tərəvəzə tələbatının isə 70 faizini təmin edir.(modern.az)
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ