SON DƏQİQƏ

Azərbaycanda, xüsusilə xaricdə, ofşor zonalarda yüksək vəzifəli adamların adlarına mülklər, şirkətlər olduğunu ümumiləşdirməyin əleyhinəyəm.

Tarix:7-04-2018, 15:35

Çoxlu jurnalist araşdırmaları olub. Onların araşdırmalarında Azərbaycanda, xüsusilə xaricdə, ofşor zonalarda yüksək vəzifəli adamların adlarına mülklər, şirkətlər olduğu deyilir.

- Gəlin, səmimi danışaq. Əlbəttə, bunları istisna etmirəm. Amma bunu ümumiləşdirməyin əleyhinəyəm.

Nöqsanlar mövcuddur, buna qarşı mübarizə aparılır. Məmurlardan nə qədəri tutuldu, hətta təhlükəsizlik orqanında olan bir sıra vəzifəli adam həbs olundu.

Yəni bu mübarizə aparılır, bunu kütləviləşdirməyin əleyhinəyəm. Bunu ucdantutma hamıya şamil etməyin əleyhinəyəm. Bu gün Azərbaycanda yanlış bir düşüncə var ki, kim sahibkarlıqla məşğuldursa, kimin bir manat pulu varsa, o pis adamdır, o, hökmən oğrudur.

Axı Azərbaycanda yüzminlərlə insan sahibkarlıq fəaliyyəti ilə məşğuldur, imkanları var, maliyyə vasitələri var. Bunların ətrafında düşmən obrazının formalaşması bizim gənclərimizin o sahəyə, sahibkarlığa, zəhmətə münasibətini öldürür. Belə bir fikir yaranır ki, evdə oturmalıyıq, göydən pul tökülməlidir və xərcləməliyik.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ