SON DƏQİQƏ

Oğlan qızı evlərinin yanından qaçırıb

Tarix:13-12-2018, 13:09

Bərdə rayonunda 16 yaşlı qız evlənmək məqsədi ilə qaçırılıb.

Hadisənin təfərrüatına gəlincə, məlumata görə, qaçırılan Həsənli Şəlalə Nazim qızının ailəsi Xocalı rayonundan məcburi köçkün kimi Bərdə rayonunun Şorəlli kəndində məskunlaşıblar. Şəlalə Həsənli 78 saylı köçkün tam orta məktəbində 10-cu sinifdə oxuyub.

Dekabr ayını 7-də Ş.Həsənlinin qardaşının toyu olub. Bu məqsədlə qızın anası məktəbdə rəsmi ərizə yazaraq xeyir işə görə Şəlaləyə rəsmi icazə alıb. İlkin məlumatlara görə, qızı qaçıran İsmayılov Habil Eyvaz oğlu Ağdam rayonundan məcburi köçkündür. Dünən axşam saatlarında o, Şəlaləni evlənmək məqsədi ilə maşınla evlərinin yanından qaçırıb. Bundan xəbər tutan qızın atası polisə məlumat verib.

Bərdə RPŞ-nin əməkdaşları tərəfindən dərhal əməliyyat tədbirləri keçirilib və Ş.Həsənli tapılaraq ata evinə qaytarılıb, H.İsmayılov isə şübhəli şəxs qismində saxlanılıb.

Həmçinin qeyd edək ki, Ş. Həsənlinin atası Nazim Həsənli əvvəllər Şuşa RPŞ-də işləyib və təqaüdə çıxıb.

DİN-nin Bərdə regional qrupundan AzNews.az-a verilən məlumata görə, faktla bağlı Bərdə RPŞ-də araşdırmalara başlanılıb, zərərçəkənlərin izahatı alınıb.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ