www.DOGRU.tv - Onlayn Televiziya » Cəmiyyət » Quba rayon Məhkəməsinin sədri Füzuli Pənahovun qanunsuz qanunları

Quba rayon Məhkəməsinin sədri Füzuli Pənahovun qanunsuz qanunları

Bölmə: Cəmiyyət
Quba rayon Məhkəməsinin sədri Füzuli Pənahovun qanunsuz qanunları

Sakinlər ədalətli, qərəzsiz qərarların çıxarılmasını istəyirlər
Bu gün müxtəlif dövlət idarə və orqanlarında, vəzifəli şəxslər tərəfindən vətəndaşların Konstitusiya ilə təmin olunmuş insan hüquq və azadlıqlarının pozulması sanki adi hala çevrilib. Bu hüquqlar daha çox məmurlar tərəfindən vətəndaşların qəbulu, müraciət və şikayətlərinə baxılması zamanı baş verir. Son illərdə vəzifəli şəxslər tərəfində vətəndaşların qəbulu müşkül məsələyə çevrilib.

Nəticədə vətəndaşlar elementar məsələlərin həlli məqsədilə aylar, günlər, bəzən isə illərlə icra orqanlarının qapılarını döyməli olurlar. Hər bir halda əziyyət çəkən tərəf bu xalqın nümayəndəsi olur. Məmur özbaşınalığının qurbanı olan şəxs isə bu hüquq pozuntusuna görə heç kəsə şikayət edə bilmir, etdikdə isə, əksər hallarda heç bir nəticə vermir. Etiraf edək ki, istər ölkə mətbuatında dərc olunan yazılarda, istərsə də bilavasitə redaksiyamıza ünvanlanan şikayət ərizələrində məhkəmə orqanlarının fəaliyyətində müşahidə edilən bu və ya digər neqativ hallara dəlalət edən fakt və açıqlamalara elə də nadir hallarda rast gəlinmir. Əslində məhkəmə qərarlarından birmənalı olaraq hər zaman iki tərəfin də razı qalmasını gözləmək heç də düzgün olmazdı. Hər kəsin də bildiyi kimi, məhkəmələr iddiaçı və yaxud da cavabdeh tərəfin maraqlarını deyil, məhz qanunun tələblərini rəhbər tutaraq qərar verməlidirlər. Lakin təəssüflər olsun ki, əksər hallarda vətəndaşlar hakimlərin ədalətsiz qərar çıxarmasından, qəbul edilən qərarların qərəzli olmasından şikayətlənirlər. Qərar çıxararkən ədalət prinsipini gözləməyən məhkəmələrdən öndə gedəni Quba rayon Məhkəməsidir desək, yəqin ki, yanılmarıq. Bunu daxil olan şikayətlərə əsasən demək olar. Dəfələrlə olub ki, Quba rayon Məhkəməsindən redaksiyamıza şikayət məktubları ünvanlanıb. Və bizlər də, həmin şikayət məktublarını işıqlandırmağa və vətəndaşların problemlərinin həllinə nail olmağa çalışmışıq. Yeri gəlmişkən qeyd edək ki, Quba rayon Məhkəməsinin sədri Füzuli Pənahovdur. Sakinlər Füzuli Pənahovun illərdir sədri olduğu məhkəmədə dəqiq və qanunla qərar qəbul etdiyini görmədiklərini vurğulayırlar. Vətəndaşlar durmadan müxtəlif saytlara, mediaya sədr haqqında şikayətlər edirlər. Səbəb isə təbii ki, Füzuli Pənahovun qanunsuz əməlləri ilə rayon əhalisinin canını boğazına yığmasıdır. Sakinlər sədrin yalnız öz maraqları üçün çalışdığını, verilən qərarların onun üçün heç bir əhəmiyyət daşımadığını iddia edirlər. Deyilənə görə, Füzuli Pənahov məhkəmədə qərar çıxarmazdan öncə, əgər onu "görməzsən", məhkəmə də sənin xeyrinə həll edilməz. Sakinlər iddia edirlər ki, Füzuli Pənahov məhz bu üsulla varidat yığaraq, rayon ərazisində bir neçə obyektə sahibdir. Rayonda və paytaxt Bakıda dəbdəbəli evlərinin olduğu da deyilənlər sırasındadır. Bildiyimiz kimi, boşanma hadisəsi baş verərsə və bu cütlüyün həmin evlilikdən övladı varsa, o zaman aliment ödəməlidir. Lakin Quba rayon Məhkəməsində qəbul edilən həmin qərarlar da qərəzli olur. Belə ki, ata aliment ödəməli olduğu halda ödəmir. Ana isə məhkəməyə müraciət etdikdə, şikayətinə belə, baxan olmur. Həmçinin Quba rayon Məhkəməsində çıxarılan qərarların əksəriyyəti Avropa məhkəməsinə müraciətlə nəticələnir ki, qəbul edilən qərarın qərəzli olduğu bəlli olduğu zaman Azərbaycan məhkəməsi cərimələnir. Bu isə, bir daha Füzuli Pənahovun sədri olduğu məhkəmədə törətdiyi qanunsuzluqları, özbaşınalıqları göstərmiş olur. Uzun sözün qısası, artıq xeyli müddətdir ki, Quba rayon Məhkəməsində çıxarılan qərarların ciddi şəkildə araşdırılması vacib amillərdən birinə çevrilib.


P.S Biləcəksiniz ki, Füzuli Pənahov Zəngilanda işləyərkən hansı rüşvət əməllərinə imza atıb.