www.DOGRU.tv - Onlayn Televiziya » Cəmiyyət » Keçmiş icra başçısının zavodunda problem bitmir: indi də yeyinti


Keçmiş icra başçısının zavodunda problem bitmir: indi də yeyinti

Bölmə: Cəmiyyət
Keçmiş icra başçısının zavodunda problem bitmir: indi də yeyinti
İsmayıllının keçmiş icra başçısı Nizami Ələkbərovun rayonun İvanovka kəndindəki çörək zavodu ilə bağlı qalmaqallar səngimir. İndi isə zavodda yeyinti faktı aşkarlanıb.

Bu məlumatı virtualaz.org saytına zavodda çalışan işçilər veriblər.

İşçilərin sözlərinə görə, zavodun keçmiş direktoru Vaqif Soltanovun zavodda çalışdığı zamanlarda yeyintiyə yol verməsi faktı aşkarlanıb. Məlumata görə, keçmiş icra başçısı haqqında saysız-hesabsız şikayətlər gələn V.Soltanovu vəzifəsindən azad etdikdən sonra onun fəaliyyətini yoxlamaq üçün zavoda xüsusi işçi qrupu göndərib.

Bakıdan gələn qrup zavodda ciddi yeyinti faktları aşkarlayıb. Məlum olub ki, V.Soltanovun rəhbərliyi vaxtında zavodun büdcəsindən 50 min manata yaxın vəsait yoxa çıxıb.

İşçilərin sözlərinə görə, V.Soltanov yeyinti faktı ilə bağlı bütün günahın zavodun mühasibində olduğunu deyib. Mühasib isə bu işdə əlinin olmadığını desə də N.Ələkbərovun göstərişi ilə o da işdən azad edilib.

Narazı işçilərin sözlərinə görə, V.Soltanovla N.Ələkbərov əvvəllər yaxın dostluq münasibətlərində olublar.

İvanovkada işləri düz gətirməyən N.Ələkbərov daha sonra işçilərin yarıdan çoxunu işdən qovub. İşçilər zavoddan indiyə qədər xeyir götürməyən N.Ələkbərovun müəssisəni bağlayacağından qorxurlar.

Xatırladaq ki, bir müddət əvvəl N.Ələkbərov virtualaz.org saytına açıqlamasında zavodun yeni fəaliyyətə başlaması səbəbindən gəlir gətirmədiyini və bazarda yer tutana qədər maddi problemlərin yaşana biləcəyini demişdi. N.Ələkbərov zavodun ona yox, yaxın qohumlarından birinə məxsus olduğunu da açıqlamışdı.

İlkin